Ət idxalında 14 milyondan çox azalma

Redaktor

18.11.2025 19:40
356

Ət idxalında 14 milyondan çox azalma

Cari ilin ilk 10 ayında Azərbaycan xarici ölkələrdən 38 min 555,67 ton ət idxal edib.

Valyuta.az xəbər verir ki, həmin dövrdə ət idxalının dəyəri 90 milyon 140,41 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövründə isə ölkəyə 48 min 241,91 ton ət gətirilib və bunun dəyəri 104 milyon 834,43 min ABŞ dolları olub.

Müqayisə göstərir ki, ət idxalının miqdarında 9 min 686,24 ton və ya 20,07% azalma qeydə alınıb. Dəyərdə isə 14 milyon 693,93 min ABŞ dolları və ya 14,01% azalma müşahidə edilib.

Qeyd edək ki, ət idxalı ölkənin ümumi idxalının 0,47%-ni təşkil edib.

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...