Redaktor
Forbes: Mart ayı dünyanın ən zəngin şəxsləri üçün uğurlu olmadı - SİYAHI
“Forbes” jurnalının 1 aprel 2026-cı il tarixinə açıqladığı siyahıya əsasən, mart ayı dünyanın ən zəngin şəxsləri üçün uğurlu olmayıb.
Valyuta.az xəbər verir ki, qlobal maliyyə bazarlarında baş verən eniş fonunda planetin ən varlı 10 nəfərinin ümumi sərvəti bir ayda 100 milyard dollardan çox azalaraq 2,5 trilyon dollara düşüb.
Reytinqdə də ciddi dəyişikliklər qeydə alınıb. Belə ki, ötən ayın ilk 10-luğunda yer alan şəxslərdən yalnız 4-ü mövqeyini qoruyub saxlayıb.
Siyahının zirvəsində yenə də İlon Mask qərarlaşıb. Onun sərvəti bir ay ərzində 22 milyard dollar azalaraq 817 milyard dollara ensə də, o, dünyanın ən varlı şəxsi olaraq qalır. Hətta Mask ikinci yerdə olan Lerri Peycdən üç dəfədən çox zəngindir.
İkinci yerdə qərarlaşan "Google"un həmtəsisçisi Lerri Peycin sərvəti 20 milyard dollar azalaraq 237 milyard dollara düşüb.
Üçüncü pilləyə isə Ceff Bezos yüksəlib. Onun sərvəti cəmi 1 milyard dollar azalaraq 223 milyard dollara enib. Bu azalma digər milyarderlərlə müqayisədə daha məhdud olduğundan, Bezos reytinqdə irəliləyib.
Dördüncü yerdə yer alan Sergey Brinin sərvəti 18 milyard dollar azalaraq 219 milyard dollara düşüb.
Beşinci sırada Mark Zukerberq qərarlaşıb. Onun sərvəti bir ayda 27 milyard dollar azalaraq 196 milyard dollara enib və bu, ilk onluqdakı ən böyük azalmalardan biridir.
Altıncı yerdə Lerri Ellison yer alıb. Onun sərvəti 2 milyard dollar azalaraq 189 milyard dollara düşüb.
Yeddinci sırada Censen Huanq qərarlaşıb. Onun sərvəti 3 milyard dollar azalaraq 151 milyard dollara enib.
Siyahıda diqqət çəkən məqamlardan biri isə Maykl Dellin yüksəlişidir. O, sərvətini 2 milyard dollar artıraraq 143,1 milyard dollara çatdırıb və 13-cü yerdən 8-ci yerə yüksələrək ilk 10-luğa daxil olub.
Doqquzuncu yerdə Rob Volton qərarlaşıb. Onun sərvəti 3 milyard dollar azalaraq 142,6 milyard dollar olub.
İlk onluğu isə Bernar Arno tamamlayır. O, mart ayında ən çox itirən milyarder olub. Belə ki, onun sərvəti 28 milyard dollar azalaraq 142,5 milyard dollara düşüb və nəticədə 7-ci yerdən 10-cu yerə geriləyib.
Siyahıdan kənarda qalan diqqətçəkən adlardan biri isə Amansio Orteqa olub. Onun sərvəti 20 milyard dollar azalaraq 128 milyard dollara düşüb və 14-cü yerə geriləyib.
Eyni zamanda, Uorren Baffet də ilk onluqdan kənarda qalıb. Onun sərvəti 7 milyard dollar azalaraq 142 milyard dollara enib və 11-ci pilləyə düşüb.
“Forbes” qeyd edir ki, hazırda dünyanın ən zəngin 10 nəfərinin 9-u ABŞ vətəndaşıdır. Siyahıda ABŞ-dan olmayan yeganə şəxs Fransanı təmsil edən Bernar Arnodur. Bundan əlavə, ilk onluqda yer alanların hamısı kişilərdir və hər birinin sərvəti ən azı 142 milyard dollar səviyyəsində qiymətləndirilir.
Hazırda dünyanın ən varlı qadını isə "Walmart" varisi Alis Volton hesab olunur. Onun sərvəti 131 milyard dollar dəyərində qiymətləndirilir.
Ümumilikdə, son reytinq qlobal bazarlardakı dalğalanmaların milyarderlərin sərvətinə birbaşa təsir etdiyini göstərir. Mart ayında baş verən enişlər nəticəsində həm sərvətlərdə azalma qeydə alınıb, həm də reytinqdə ciddi dəyişikliklər baş verib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGürcüstanda immiqrasiya vizası almaq istəyənlərə yeni TƏLƏB
02.04.2026Dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb oluna bilər? - RƏSMİ
02.04.2026Problemli kreditlərin həcmi 82 milyon manat artıb
02.04.2026"Məhsulunun "Premium" olduğunu deyirsənsə, bunu sübut etməlisən"
02.04.2026MİDA-da rəhbər vəzifəyə təyinat olub
02.04.2026Bank sektorunda çalışanların sayı artıb - Rəqəmlər
02.04.2026
Azərbaycanda ən çox kredit verilən 10 iqtisadi rayon - Siyahı
02.04.2026“Instagram” “TikTok”u kopyalayır? - Oxşar dəyişikliklər
02.04.2026Bank sektorunun xalis mənfəəti 6% artıb
02.04.2026Bankların aktivləri 3 milyard manatdan çox artıb
02.04.2026İlham Əliyev Qırğızıstana səfər edəcək
02.04.2026
Müştəri problemlə üzləşir, şirkət “Bu, ilk dəfədir baş verir” deyir - Bu, peşəkar yanaşmadır?
02.04.2026"Apple"da 1000 ideyadan yalnız biri "sağ qalır" - Tim Kukun sərt filtr qaydası
02.04.2026Əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar və ödənişlər yüksəlib
02.04.2026"SpaceX" birjaya çıxır: Tarixdə ən böyüyü ola bilər
02.04.2026Sabah Bakıda 21, rayonlarda 26 dərəcə isti olacaq
02.04.2026