Redaktor
Öz vəsaiti hesabına ipoteka krediti verən banklar - ŞƏRTLƏR
Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar vətəndaşlara daxili ipoteka kreditləri təklif edir.
Valyuta.az-ın araşdırmasına əsasən, ABB, Kapital Bank, Xalq Bank və Ziraat Bank Azərbaycan öz vəsaitləri hesabına ipoteka kreditləri təqdim edən banklar sırasındadır.
Bankların daxili ipoteka məhsulları üzrə kredit şərtləri bankdan banka dəyişir. Kreditin maksimal məbləği, faiz dərəcəsi, ilkin ödəniş tələbi və müddəti hər bir bankın daxili qaydalarına uyğun müəyyən edilir.
Bununla yanaşı, AFB Bank partnyor tikinti şirkətlərindən alınan daşınmaz əmlakın maliyyələşdirilməsi məqsədilə ipoteka krediti təqdim edir. Bu məhsul bankın öz vəsaiti hesabına maliyyələşdirildiyi üçün daxili ipoteka məhsullarına yaxın hesab olunur. AFB Bankın təklif etdiyi məhsul üzrə kredit məbləği minimum 20 min manatdan başlayır və Azərbaycan manatı ilə verilir. Kreditin illik faiz dərəcəsi 8%, müddəti isə 36 ayadək müəyyən edilib. Daşınmaz əmlakın alınması zamanı minimum ilkin ödəniş məbləği əmlakın dəyərinin 30%-ni təşkil edir.
Qeyd edək ki, dövlət ipoteka kreditləri də bir çox bank vasitəsilə vətəndaşlara təqdim olunur. Dövlət ipotekası üzrə kredit məbləği 150 min manatadək təşkil edir. Bu kreditlər üzrə illik faiz dərəcəsi 8%, ilkin ödəniş isə adətən 20-30% səviyyəsində müəyyən edilir. Kreditin müddəti isə şərtlərdən asılı olaraq 25 il və ya 30 ilədək ola bilər.
Qeyd: Ziraat Bank Azərbaycan-da redit məbləği AZN valyutası ilə alınan əmlakın ekspert dəyərinin maksimum 70%-dək müəyyən olunur.
| Banklar | İpoteka krediti | |||
|---|---|---|---|---|
| Məbləğ | İllik faiz dərəcəsi | Müddət | İlkin ödəniş | |
| ABB | 500 000 AZN-dək | 4%-dən | 360 ayadək | 15%-dən |
| Kapital Bank | maks.500 000 AZN-dək | 16.5%-dən | maks. 20 il | 15%-dən başlayaraq |
| Xalq Bank | maks.250 0000 AZN | 11-15% | 22 il | 30% |
| Ziraat Bank Azerbaijan | - | 12%-dən başlayaraq | 60 aya qədər | - |
| 11.06.2026 | ||||
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər ®
"Yelo Bank"ın kredit məhsulları: məbləğlər, müddətlər və faiz dərəcələri
Bankların istehlak kreditlərini yüksək faizlə verməsinin səbəbi var - Ekspert
"Xalq Bank" və "Ziraat Bank": Hansı istehlak kreditini aşağı faizlə verir? - CƏDVƏL
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026