Redaktor
Kafe və restoranlarda xərclənən vəsait 630 milyonu keçdi
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 630 milyon 46,1 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 68 milyon 766,1 min manat və ya 12,25% artım deməkdir. Belə ki, 2025-ci ilin ilk 3 ayında ictimai iaşə dövriyyəsi 561 milyon 280 min manat olub.
Hesabat dövründə ümumi dövriyyənin 4 milyon 817,1 min manatı dövlət mülkiyyəti, 625 milyon 229 min manatı isə qeyri-dövlət mülkiyyəti hesabına formalaşıb.
Dövlət mülkiyyəti üzrə dövriyyə illik müqayisədə 1 milyon 259,6 min manat və ya 20,72% azalıb. Ötən ilin eyni dövründə bu göstərici 6 milyon 76,7 min manat təşkil edib.
Qeyri-dövlət mülkiyyəti üzrə isə dövriyyə 70 milyon 25,7 min manat və ya 12,61% artaraq 625 milyon 229 min manata yüksəlib. 2025-ci ilin müvafiq dövründə bu rəqəm 555 milyon 203,3 min manat olub.
Statistikaya əsasən, cari ilin ilk 3 ayında özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9%-i hüquqi şəxslərin, 50,1%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% artaraq 312,2 milyon manat olub.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Bank of Baku”nun borcu 1 milyardı keçdi
15.04.2026Alimentə görə hansı hallarda mənəvi zərər tutula biləcəyi açıqlanıb
15.04.2026Bu əşyaları zibilqabıya atsanız, 300 manat cərimə olunacaqsız
15.04.2026Köhnə 100 manatlıq əsginasların aqibəti necə olacaq?
15.04.2026
Ən çox şikayət olunan banklardan birinin xalis mənfəəti 5 milyon manat azaldı
15.04.2026Yeni 100 manat belə olacaq - FOTO
15.04.2026Kafe və restoranlarda xərclənən vəsait 630 milyonu keçdi
15.04.2026Məşhur "Nargilə" kafesi də söküləcək
15.04.2026“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb ®
15.04.2026"Bəzən mobil tətbiq yaratmaq yox, yaratmamaq daha ağıllı qərardır”
15.04.2026"PAŞA Bank"ın qeyri-faiz gəlirləri 34,4 milyon manat azalıb
15.04.2026Departament rəhbəri vəzifədən ayrıldı - FOTO
15.04.2026Azərbaycan nefti 7 dollardan çox ucuzlaşdı
15.04.2026"Hazırda Azərbaycan startapı “Metatesk”in əsas gəlir axını Çin bazarından formalaşır" - MÜSAHİBƏ
15.04.2026
“AccessBank”ın vaxtı keçmiş kreditləri 7,6 milyon manat artıb
15.04.2026Avro və rubl bahalaşmaqda davam edir
15.04.2026