Kredit kartınızda bank hər ay yalnız borcun faizini tələb edir, əsas borc isə qalır
İsmayıl Məmmədov
Maliyyə eksperti
Banklar kredit kartlarını bizə "rahatlıq" adı ilə təqdim edir, lakin çoxumuz üçün bu rahatlıq sonradan ağır maliyyə yükünə çevrilir. Əslində isə, sistem elə qurulub ki, intizamlı istifadəçi hər zaman qazanır.
Bəs biz kredit kartına borclanmadan necə istifadə edə bilərik?
2026-cı ilin yanvar ayının statistikasına əsasən, Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 156 mini keçib, lakin maraqlıdır ki, debet kartlarının sayı 13,3% artsa da, kredit kartlarının sayı 7,6% azalıb. Amma, 2025-ci ildə Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 9,483 milyard manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 8% artım deməkdir. 2025-ci ildə qlobal kredit kartı əməliyyatlarının həcminin 35 trilyon dolları keçəcəyi proqnozlaşdırılır ki, bu da 2020-ci ildən bəri illik 6,7% artım deməkdir. Hələ ki tam hesabat açıqlanmayıb.
2025-ci ilin dördüncü rübündə kredit kartı borclarına tətbiq olunan orta illik faiz dərəcəsi 22,30% təşkil edib (2024-cü ilin eyni dövründə 22,80% idi). Bu, o deməkdir ki, əgər siz 1000 manatlıq borcu bir il ərzində ödəməsəniz, əlavə olaraq 223 manat faiz ödəmiş olursunuz.
2025-ci ildə Azərbaycanda isə, kredit kartları ilə aparılan əməliyyatların 5,473 milyard manatı e-ticarət, 2,176 milyard manatı POS-terminallar, 1,473 milyard manatı bankomatlar və 358 milyon manatı isə xaricdə aparılan əməliyyatların payına düşür. Artımın səbəbləri arasında bonus və hissəli ödəniş imkanlarının genişlənməsi, POS-terminalların artması və onlayn satış platformalarının inkişafı var.
Nağd pulla ödəyəndə, pulun əldən çıxdığını fiziki olaraq hiss edirsiniz. Kredit kartı ilə ödəyəndə isə bu hiss zəifləyir, sadəcə bir plastik kartı aparata toxundurursunuz.
Maliyyə savadlı insanlar kredit kartı ilə ödəsələr belə, nəzarəti itirmirlər
“Ödə-ödə bitmir” şikayətlərinin sirri
Banka tez-tez müraciət edən şikayət: “Kredit kartımdan pul tutulur, amma borcum azalmır!”. Bu, çox sadə mexanikadır: kredit kartları kredit xəttidir. Bank hər ay sizdən yalnız borcun faizini tələb edir, əsas borc isə eyni qalır. Yəni, 1000 manat borcunuz varsa və aylıq faiz 50 manatdırsa, bank sizdən 50 manat ödəniş tələb edir. Siz ödəyirsiniz, amma əsas borcunuz hələ də 1000 manat olaraq qalır. Növbəti ay yenə 50 manat faiz. Bu, sonsuza qədər davam edə bilər.
Azərbaycan bankları kredit kartı emissiyası və istifadəsi ilə bağlı fəaliyyətini Azərbaycan Mərkəzi Bankının “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları” çərçivəsində həyata keçirir. Banklar qanunvericiliyin tələblərinə tam riayət edir və müştərilərə kredit kartı təqdim etməzdən əvvəl bütün zəruri şərtləri, o cümlədən, faiz dərəcələri, güzəşt müddəti, cərimələr və digər vacib məlumatları müqavilə əsasında izah edirlər.
Mərkəzi Bank tərəfindən qəbul edilmiş yeni tənzimləmələrə əsasən, borcalanın kredit kartı limiti onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Bu tənzimləmə borcalanların həddindən artıq borclanmasının qarşısını almaq məqsədi daşıyır. Həmçinin, müştərinin icazəsi olmadan əmək haqqı kartından avtomatik olaraq kredit kartı üzrə borcun silinməsi qadağandır və kredit kartı üzrə gecikmə faizlərinin tətbiqi qaydaları ciddi şəkildə tənzimlənir.
Borc yaratmadan kredit kartından istifadə etmək üçün 5 addım
1.Güzəşt müddətini başa düşün - bu sizin ən güclü silahınızdır.
Güzəşt müddəti (grace period) - əksər kredit kartlarında 21 gündən 60 günə qədər dəyişən, faizsiz dövrdür. Bu, sizə 60 günə qədər pulsuz borclanma imkanı verir. Lakin bir dəfə balansı tam ödəməsəniz, güzəşt müddətini itirirsiniz və növbəti hesablaşma dövrünün ilk günündən faiz hesablanmağa başlayır.
Nə etməli? - Hər ayın sonunda kredit kartı balansınızı tam şəkildə ödəyin. Yalnız minimum ödəniş etmək borcunuzu heç vaxt azaltmayacaq, əksinə, faiz yükünü artıracaq.
2. Büdcə planlaması - kredit kartını büdcənizə inteqrasiya edin.
Strukturlaşdırılmış büdcə metodunu seçməyiniz vacibdir. 50/30/20 qaydası belə işləyir: gəlirinizin 50%-i zəruri xərclərə (kommunal, ərzaq, kirayə), 30%-i istəklərə (əyləncə, restoran), 20%-i isə əmanət və borc ödənişlərinə yönəldilir.
Nə etməli? Hər ayın əvvəlində gəlirinizi bu üç kateqoriyaya bölün. Kredit kartı ilə yalnız bu kateqoriyalar çərçivəsində xərcləyin. Əgər kateqoriyanın limiti bitibsə, xərcləməyi dayandırın.
3. “Əvvəlcədən ödəniş” strategiyası.
Hər maaş günündə kredit kartınıza əvvəlcədən ödəniş edin. Necə? Aylıq kredit kartı xərclərinizi təxmin edin, bu məbləği ayda neçə dəfə maaş alırsınızsa həmin rəqəmə bölün və hər maaş günündə kartınıza o qədər pul yatırın. Məsələn, aylıq kredit kartı xərcləriniz 600 manatdırsa və ayda 2 dəfə maaş alırsınızsa, hər maaş günündə kartınıza 300 manat əvvəlcədən ödəyin.
4. Kredit kartını yalnız bir xərc növü üçün istifadə edin.
Kredit kartınızı yalnız bir kateqoriya xərc üçün istifadə edin. Məsələn, yalnız benzin almaq, yalnız ərzaq və ya yalnız aylıq abunəliklər (kommunal, internet) üçün
Mükafatları toplayın, amma faiz ödəməyin.
Kredit kartı mükafatlarından (cashback, mil, xal) faizsiz istifadə etmək tamamilə mümkündür. Sadəcə balansınızı hər ay tam şəkildə ödəmək kifayətdir. Borcsuz kredit kartı istifadəçiləri ilə borclu istifadəçilər arasındakı fərq sadədir: birincilər kredit kartını bir alət kimi görür, ikincilər isə əlavə gəlir mənbəyi kimi. Kredit kartı əlavə gəlir deyil. Kredit kartı bankın sizə etibar etdiyi, lakin geri qaytarılmalı olan bir məbləğdir.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026