Redaktor
"PAŞA Bank"ın qeyri-faiz gəlirləri 34,4 milyon manat azalıb
"PAŞA Bank" 2026-cı ilin ilk üç ayını 48 milyon 287 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az xəbər verir ki, bu ötən ilin 44 milyon 017 min manatı ilə müqayisədə 4 milyon 270 min manat və ya 9,7% artıb.
Bankın faiz gəlirləri hesabat dövründə 144 milyon 104 min manat təşkil edib. Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 1 milyon 108 min manat və ya 4,2% azalaraq 25 milyon 316 min manata düşüb.
Cari ilin yanvar-mart aylarında bankın faiz xərcləri 53 milyon 275 min manat olub. 2025-ci ilin eyni dövründə isə faiz xərcləri 39 milyon 248 min manat təşkil edib. Beləliklə, bu istiqamətdə 14 milyon 027 min manat və ya 35,7% artım qeydə alınıb. Artım əsasən depozitlər üzrə faiz xərcləri ilə bağlı olub. Bu üzrə faiz xərcləri 2025-ci ilin ilk rübündə 36 milyon 205 min manat olduğu halda, 2026-cı ilin ilk rübündə 49 milyon 102 min manata yüksəlib. Bu isə 12 milyon 897 min manat və ya 35,6% artımdır.
Bankın qeyri-faiz gəlirləri isə azalıb. 2025-ci ilin ilk üç ayında 91 milyon 482 min manat olan qeyri-faiz gəlirləri 2026-cı ilin eyni dövründə 57 milyon 062 min manata enib. Bu, 34 milyon 420 min manat və ya 37,6 faiz azalma deməkdir.
"PAŞA Bank"ın cəmi öhdəlikləri 2025-ci ilin ilk üç ayında 7 milyard 290 milyon 259 min manat olduğu halda, 2026-cı ilin eyni dövründə 8 milyard 088 milyon 327 min manata çatıb.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər isə 2025-ci ilin ilk üç ayında 633 milyon 461 min manat olub. 2026-cı ilin eyni dövründə bu göstərici 208 milyon 960 min manat və ya 33% artaraq 842 milyon 421 min manata yüksəlib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu əşyaları zibilqabıya atsanız, 300 manat cərimə olunacaqsız
15.04.2026Köhnə 100 manatlıq əsginasların aqibəti necə olacaq?
15.04.2026
Ən çox şikayət olunan banklardan birinin xalis mənfəəti 5 milyon manat azaldı
15.04.2026Yeni 100 manat belə olacaq - FOTO
15.04.2026Kafe və restoranlarda xərclənən vəsait 630 milyonu keçdi
15.04.2026Məşhur "Nargilə" kafesi də söküləcək
15.04.2026“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb ®
15.04.2026"Bəzən mobil tətbiq yaratmaq yox, yaratmamaq daha ağıllı qərardır”
15.04.2026"PAŞA Bank"ın qeyri-faiz gəlirləri 34,4 milyon manat azalıb
15.04.2026Departament rəhbəri vəzifədən ayrıldı - FOTO
15.04.2026Azərbaycan nefti 7 dollardan çox ucuzlaşdı
15.04.2026"Hazırda Azərbaycan startapı “Metatesk”in əsas gəlir axını Çin bazarından formalaşır" - MÜSAHİBƏ
15.04.2026
“AccessBank”ın vaxtı keçmiş kreditləri 7,6 milyon manat artıb
15.04.2026Avro və rubl bahalaşmaqda davam edir
15.04.2026