Redaktor
“AccessBank”ın vaxtı keçmiş kreditləri 7,6 milyon manat artıb
2026-cı ilin I rübünün yekununa görə, “AccessBank”ın cəmi vaxtı keçmiş kreditlərinin həcmi 77 milyon 939 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz və ya 7 milyon 664 min manat artım deməkdir.
Belə ki, 2025-ci ilin I rübündə bankın vaxtı keçmiş kreditlərinin həcmi 70 milyon 275 min manat olub.
Sahələr üzrə göstəricilərə gəlincə, sənaye sektorunda vaxtı keçmiş kreditlər 914 min manat və ya 37,59 faiz artaraq 3 milyon 346 min manata yüksəlib.
Kənd təsərrüfatı sahəsində vaxtı keçmiş kreditlərin həcmi 2 milyon 825 min manat və ya 30,6 faiz artaraq 12 milyon 58 min manata çatıb. Nəqliyyat sektorunda bu göstərici 2 milyon 32 min manat və ya 58,1 faiz artaraq 5 milyon 532 min manat olub.
Ticarət müəssisələrində isə vaxtı keçmiş kreditlərin həcmi 2 milyon 899 min manat və ya 11,8 faiz artaraq 27 milyon 525 min manata yüksəlib.
Qeyd edək ki, 2025-ci ilin I rübündə vaxtı keçmiş kreditlərin həcmi sənaye sahəsi üzrə 2 milyon 432 min manat, kənd təsərrüfatı sahəsi üzrə 9 milyon 233 min manat, nəqliyyat sahəsi üzrə 3 milyon 500 min manat, ticarət müəssisələri üzrə isə 24 milyon 626 min manat təşkil edib.
Tənzilə Ağabalayeva
Əlaqəli Xəbərlər
“Bank of Baku”nun borcu 1 milyardı keçdi
Ən çox şikayət olunan banklardan birinin xalis mənfəəti 5 milyon manat azaldı
“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
“AccessBank”ın nağd vəsaitləri 26,7 milyon manat azalıb
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏnənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır
03.06.2026İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...
03.06.2026"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib
03.06.2026Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb
03.06.2026"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı
03.06.2026"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb
03.06.2026AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır
03.06.2026Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb
03.06.2026ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?
03.06.2026Əlilliyi olan uşaqların təqaüdünün ödənilməsi qaydası dəyişdi
03.06.2026Deputat: Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb
03.06.2026Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqləndi
03.06.2026Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı
03.06.2026