Redaktor
"Politco": Ağ Ev neftin 200 dollara qədər bahalaşmasını istisna etmir
ABŞ-ın Ağ Ev administrasiyası neftin qiymətinin barel üçün 200 dollara qədər yüksəlməsi ehtimalını istisna etmir.
Valyuta.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, prezident Donald Tramp Maliyyə Nazirliyi və iri enerji şirkətlərindən qiymətlərin inkişafı ilə bağlı müxtəlif ssenarilər, o cümlədən ən mənfi variantlar barədə məlumat alıb.
Administrasiyanın qiymətləndirməsinə əsasən, barel üçün 100 dollar baza səviyyəsi hesab olunur, lakin bu rəqəmin iki dəfə artması ehtimalı da nəzərə alınır. Enerji sektorundan olan mənbələrdən biri mövcud vəziyyəti “tam səfərbərlik rejimi” kimi xarakterizə edib. Digər mənbə isə Ağ Evin enerji daşıyıcılarının qiymətini azaltmaq üçün bütün mümkün yolları axtardığını bildirib. Bununla belə, administrasiyanın rəsmi nümayəndəsi yaxın gələcək üçün hər hansı qiymət proqnozlarının verildiyini təkzib edib.
Neft bazarı üzrə analitik Rori Conston "Politico"ya açıqlamasında Yaxın Şərqdəki münaqişənin ABŞ-da yanacaq qiymətlərinə təsirini qiymətləndirməyin hələ tez olduğunu deyib. Ekspertin fikrincə, qiymət artımının “dalğası” amerikalı istehlakçılara ən tez iki həftədən sonra çatacaq.
Qlobal enerji bazarında kəskin qiymət artımı İranın Hörmüz boğazında gəmiçiliyi məhdudlaşdırmasından sonra baş verib. Bu marşrut Fars körfəzi ölkələrindən neft və qaz tədarükü üçün əsas yol hesab olunur. Mart ayının ortalarından etibarən "Brent" markalı neftin qiyməti barel üçün 100–110 dollar aralığında qalır.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərFitness və sağlamlıq izləmə cihazları istehsal edən şirkətin dəyəri 10 milyardı keçdi
01.04.2026"Politco": Ağ Ev neftin 200 dollara qədər bahalaşmasını istisna etmir
01.04.2026Avropa COVID-19 pandemiyası ilə müqayisə edilə bilən iqtisadi şoka hazırlaşır
01.04.2026"TotalEnergies" Hörmüzün bağlanmasından sonra 1 milyard dollar qazanıb
01.04.2026Sıfırdan başlayaraq sərvət qurmağın 7 Üsulu
01.04.2026Portuqaliya Azərbaycanda səfirlik açmaq barədə qərar verib
01.04.2026Enerji böhranı: Avropa Komissiyası vətəndaşları evdən işləməyə çağırır
01.04.2026Özbəkistanın Baş naziri Azərbaycana səfərə gəlib
01.04.2026Çin Avropada 1 milyard avroluq günəş paneli layihəsinə başlayır
01.04.2026Çin Afrikanın ən böyük yataqlarından birindən 200 min ton filiz aldı
01.04.2026Süni intellekt çılğınlığı indi də yaddaş kartlarını vurdu
01.04.2026BMU-nun təmsil olunduğu komanda Cenevrədə qızıl və bürünc medala layiq görülüb
01.04.2026AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO
01.04.2026"Unilever" və "McCormick" 65 milyard dollarlıq qida nəhəngi yaradacaq
01.04.2026Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ
01.04.2026Azərbaycan bu ölkədən kilosu 11,9 manatdan krevet alıb
01.04.2026