Şirkət daxilində fond yaradılır, kollektivə "maaşınızdan tutulma olacaq" deyilir

Redaktor

17.06.2026 09:20
387

Şirkət daxilində fond yaradılır, kollektivə "maaşınızdan tutulma olacaq" deyilir - İşçi icazə verməsə, mümkündür?

Müəssisələrin birində rəhbərlik tərəfindən kollektiv arasında "idarədaxili fond" yaradılıb və işçilərin əməkhaqqından hər ay müəyyən məbləğ tutulur. Bu baxımdan, müəssisədaxili fondların yaradılması və həmin fondlar üçün vəsait toplanmasının hüquqi əsasları maraq doğurur. Hüquqi baxımdan əməkhaqqından bu cür tutulmalar qanuni hesab edilirmi?

Mövzu ilə bağlı Valyuta.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, qeyd olunan məsələ ilə bağlı hər hansı bir fondun yaradılması üçün, ilk növbədə, həmin fond mütləq şəkildə Həmkarlar İttifaqları Təşkilatı ilə razılaşdırılmalıdır:

"Həmçinin, fondun əsasnaməsi təsdiq edilməli və təsdiq olunmuş əsasnamə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilməlidir. İşçilərdən məcburi qaydada pul tutulması qanunvericiliklə yolverilməzdir. Qeyd olunan qəbildən olan fondlar mütləq şəkildə könüllülük prinsipi əsasında təsis edilməli və fəaliyyət göstərməlidir. Əgər işçilərin bununla bağlı narazılığı varsa və nəticə etibarilə belə fondların fəaliyyətinə, eləcə də pul tutulmalarına etiraz edirlərsə, bu halda həmin fondun fəaliyyəti qanunsuz hesab oluna bilər. İşçilər bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə onlayn və ya rəsmi qaydada, kağız daşıyıcı üzərində müraciət edərək baş vermiş pozuntu barədə məlumat verə bilərlər. Müvafiq araşdırma aparıldıqdan sonra isə vətəndaşlara nəticə ilə bağlı məlumat təqdim edilməlidir".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...