Uorren Baffetin 4 ən böyük xərcləməsi

Redaktor

31.03.2026 21:34
125

Uorren Baffetin 4 ən böyük xərcləməsi

Uorren Baffet 150 milyard dollarlıq sərvətini qənaətcil həyat tərzi və intizamlı investisiya strategiyası ilə qurub.

“Omha kahini” hələ də 1958-ci ildə 31 500 dollara aldığı Omhadakı evində yaşayır, “Investopedia”ya görə sadə avtomobillər sürür və “CNBC”nin məlumatına əsasən səhər yeməyində 3,17 dollardan artıq xərcləmədən “McDonald’s” yeyir. Lakin dünyanın ən məşhur qənaətcili belə bəzi sahələrdə xərcləməkdən çəkinmir.

Aşağıda Baffetin ən böyük dörd xərcləməsi təqdim olunur:

Həmçinin, burada Baffetin xəbərdarlıq etdiyi əsas maliyyə səhvləri də yer alır.

İlk şəxsi təyyarənin alınması

Baffetin ən məşhur xərcləmələrindən biri 1986-cı ildə 850 min dollara ilk şəxsi təyyarəsini alması olub. “Sentinel Aviation”a görə bu alış o qədər qeyri-adi idi ki, o, təyyarəyə “İzah olunmaz” adını vermişdi.

“İllər boyu korporativ təyyarələrə qarşı qətiyyətlə çıxış edirdim”, — deyə Baffet 1992-ci ildə səhmdarlara məktubunda bildirib.

Lakin o, tezliklə şəxsi hava nəqliyyatının üstünlüklərini anladı. Cəmi üç il sonra, 1989-cu ildə 6,7 milyon dollara başqa istifadə olunmuş təyyarə aldı. “Business Insider”ə görə o, bu təyyarəni vaxtına qənaət etdiyini gördükdən sonra “Əvəzolunmaz” adlandırdı.

“NetJets” şirkətinin 725 milyon dollara alınması

Baffetin şəxsi aviasiyaya marağı bununla bitmədi. 1998-ci ildə o, “Insurance NewsNet”in məlumatına görə, “NetJets” adlı paylı təyyarə mülkiyyəti şirkətini 725 milyon dollara nağd və səhm müqabilində satın aldı.

Bu investisiya ilk vaxtlar uğursuz kimi görünürdü və ilk 11 ildə 711 milyon dollar zərər verdi. Lakin sonradan şirkət toparlandı və bu gün “NetJets” 750-dən çox təyyarə ilə dünyanın ən böyük şəxsi təyyarə operatorudur.

Xeyriyyəçilik: 62 milyard dollar və artmaqda davam edir

Baffetin ən böyük xərcləməsi özü üçün deyil. O, “GOBankingRates”ə görə artıq 62 milyard dollar ianə edib və sərvətinin 99%-ni həyatının sonuna qədər və ya ölümündən sonra bağışlayacağını vəd edib.

2010-cu ildə Baffet Bill Qeyts və Melinda Qeyts ilə birlikdə “The Giving Pledge” təşəbbüsünü yaradıb. Bu təşəbbüsə hazırda sərvətlərinin böyük hissəsini bağışlamağa söz verən 200-dən çox varlı şəxs qoşulub.

Şəxsi inkişafa investisiya

Baffet lüks avtomobillərə və ya dəbdəbəli malikanələrə pul xərcləməsə də, kitablar, təhsil və şəxsi inkişaf üçün daim vəsait ayırır. O, hər gün saatlarla mütaliə etməsi ilə tanınır.

“Özünüzə mümkün qədər çox investisiya edin”, — deyə Baffet “Gentleman’s Journal”a istinadən bildirib.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...