İnvestorun investisiya etməzdən öncə diqqət etməli olduğu məqamlar
17.04.2025 10:22
656

İnvestorun investisiya etməzdən öncə diqqət etməli olduğu məqamlar

Sonarə Vəliyeva
“RESM” MMC-nin Maliyyə direktoru

Bir investor hər hansı başqa şirkətə investisiya etməzdən əvvəl bir sıra vacib amilləri nəzərə almalıdır. Bunlara aşağıdakılar daxildir:

1. Şirkətin Maliyyə Vəziyyəti

Maliyyə hesabatları: Son bir neçə ilin maliyyə göstəricilərini (balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti) təhlil etmək. Məsələn, maliyyə hesabatları bir neçə il üzrə stabil və artan gəlir, xalis mənfəət göstərirsə, bu, məqbul hal, mənfəət azalıb və ya ardıcıl zərər göstərirsə kafi haldır.

Borclanma səviyyəsi: Şirkətin borclarının aktivlərə və mənfəətə nisbətini yoxlamaq. Məsələn, borclanma səviyyəsi idarəolunan və maliyyə göstəricilərinə nisbətdə uyğundursa, məqbul, borclar aktivlərdən çox, yaxud faiz ödəmələri yüksəkdirsə, kafi haldır.

Likvidlik və nağd pul axını: Şirkətin cari öhdəliklərini ödəmə qabiliyyəti və dayanıqlı nağd pul axını olub-olmaması. Likvidlik yüksəkdirsə, yəni cari aktivlər cari öhdəliklərdən çoxdursa, müntəzəm pozitiv pul axını varsa (free cash flow), bu, səhmdarlar üçün cəlbedici, pul axını mənfidirsə və şirkət likvidlik problemləri yaşayırsa, xoşagəlməyən haldır.

2. Biznes modeli və bazar mövqeyi

Gəlir mənbələri: Şirkətin əsas gəlir mənbələrinin sabit və dayanıqlı olub-olmaması. Yəni, əgər gəlir mənbələri sabit və müxtəlifdir, yanlız bir məhsuldan və ya bazardan asılı deyilsə, sərmayə qoymaq olar. Yalnız bir məhsul və ya müştəriyə bağlıdırsa bu riskdir. 

Rəqabət üstünlüyü: Şirkətin bazarda hansı üstünlüklərə malik olması (məsələn, patentlər, marka dəyəri, texnologiya və s.). Məsələn, şirkətin rəqabət üstünlüyü yoxdursa və bazarda sıxışdırılırsa, sərmayə qoymaq o qədər də uğurlu hesab olunmur. 

Sənaye və bazar dinamikası: Şirkətin fəaliyyət göstərdiyi sahənin inkişaf perspektivləri, bazar tendensiyaları və potensial risklər. Şirkət inkişaf edən sənayedə yer tutur və bazar liderlərindən biridirsə bu uğurlu investisiya sayıla bilər. 

3. Menecment və korporativ idarəetmə

Rəhbər komanda: Şirkətin idarə heyətinin və icraçı rəhbərlərinin təcrübəsi və səriştəsi. Məsələn, rəhbər komanda təcrübəli, peşəkar şəffaf idarəetmə aparırsa, bu, həmin şirkət üçün uğurlu bir mövqedir, lakin rəhbərlik tez-tez dəyişir, təcrübəsiz və ya etibarsız şəxslərlə idarə olunursa, bu, qeyri-kafi hal olaraq qiymətləndirilir.

Korporativ idarəetmə prinsipləri: Şirkətin şəffaflığı, hesabatlılığı və səhmdar hüquqlarının qorunması. Burda o hal nəzərdə tutulur ki, şirkət hesabat verir, səhmdarlarla ünsiyyət qurur, korporativ idarəetməyə sadiqdir. Lakin səhmdarlara vaxtında, dolğun və şəffaf məlumatlar təqdim edilmirsə, bu, səhmdarlar üçün xoşagəlməyən hal olaraq qeydə alınır.

4. Risk faktorları

Sənaye riskləri: Şirkətin fəaliyyət göstərdiyi sektorun riskləri (tənzimləmə, bazar dəyişiklikləri və s.). Sektor və makroiqtisadi risklər idarəolunandır və şirkət bunlara qarşı strategiya sahibidir. Məsələn, neft sektoru sahəsində fəaliyyət göstərən şirkətlər neft qiymətlərinin dəyişməsinə, siyasi qərarlara və ətraf mühit tənzimləmələrinə çox həssasdırlar.

Makroiqtisadi risklər: İqtisadi vəziyyət, faiz dərəcələri, inflyasiya və valyuta məzənnələrinin təsiri. Şirkət çox ölkədə fəaliyyət göstərir, yəni risklər şaxələndirilibsə, bu, yaxşı haldır, lakin valyuta, faiz və inflyasiya riski şirkətə ciddi təsir edirsə, səhmdarlar yenidən düşünməlidirlər.

Hüquqi və tənzimləyici risklər: Şirkətin hüquqi problemləri və tənzimləmə orqanlarının qərarlarından asılılığı. Məsələn, Meta (Facebook) müxtəlif ölkələrdə məxfilik siyasətləri və məlumatların qorunması qanunları ilə bağlı hüquqi çətinliklərlə üzləşir.

5. Qiymətləndirmə və investisiya potensialı

Səhm dəyəri və multiplikatorlar: Şirkətin bazar dəyəri, qiymət/qazanc (P/E), qiymət/aktiv (P/B) və digər əsas maliyyə göstəriciləri ilə müqayisəsi. Şirkətin P/E, P/B kimi göstəriciləri sektor ortalamasına uyğundur və ya bir qədər aşağıdırsa investisiya etməyə dəyər, lakin Qiymətləndirmə şişirdilmişdirsə (çox yüksək P/E, P/B), dəyməz kimi hesab olunur.

Dividendlər və gəlir perspektivləri: Şirkətin dividend siyasəti və gələcəkdə kapitallaşma potensialı. Yəni, Şirkət dividend verir və ya böyümə perspektivi çox yüksəkdirsə investisiya uğurlu, Dividend yoxdur, yaxud şirkət xalis mənfəət yaratmırsa, uğursuz kimi qəbul edilir.

Gələcək böyümə potensialı: Şirkətin yeni bazarlara çıxış imkanları və innovasiya potensialı. Məsələn, şirkət yeniliklərə açıqdır və yeni bazarlara çıxış imkanları var. Bu investorları daha cox cəlb edir, nəinki şirkətin böyümə perspektivləri zəif,innovasiya gücü yoxdursa.

Bir investor bütün yuxarıda qeyd olunan amilləri ətraflı araşdırdıqdan sonra, risk və gəlir nisbətini qiymətləndirərək investisiya qərarı verməlidir.

 

İnvestorun investisiya etməzdən öncə diqqət etməli olduğu məqamlar

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bankların gecikməyə görə faiz borcundan faiz pulu tutması qanunidir? - VİDEO

18.12.2025

Ən yaxşı liderlər böhran zamanı yüksək riskli qərarları necə verirlər?

18.12.2025

Ultra-zənginlərin seçimi: 2025-ci ildə alınan bahalı 5 lüks daşınmaz əmlak bazarı

18.12.2025

Onların bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir

18.12.2025

Şirkət 1,8 milyard dollar qiymətləndirmə ilə 300 milyonluq investisiya alıb

18.12.2025

Unun topdansatış qiymətləri açıqlandı - FOTO

18.12.2025

İlon Mask açıqladı: Yer orbitində neçə peyk var?

18.12.2025

“Kontakt Home” 1,7 milyondan çox borc ödəməyə məcbur edildi

18.12.2025

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

18.12.2025

Çin avtomobillərinin əsas problemləri: Nələri bilmək lazımdır?

18.12.2025

30 saniyəlik reklam üçün 7 milyon?

18.12.2025

Şirkətlər bu oyuncaqların satışından milyardlarla dollar qazanıb

18.12.2025

ABB-yə məxsus avtomobillər satışa çıxarılır - QİYMƏTLƏR

18.12.2025

Gələn ildən xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə yeni giriş qiymətləri tətbiq ediləcək

18.12.2025

Bakıda camışların sayı azalıb

18.12.2025

Manatın insanların “cibində” qalma müddəti azalıb

18.12.2025

Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı

18.12.2025

Rüşvət alan bağça müdiri işdən çıxarıldı

18.12.2025

"Amazon" "OpenAI"a 10 milyardlıq investisiya planlaşdırır

18.12.2025

Onlara bayrama görə 1000 manat verildi

18.12.2025

Məzənnə

Yüklənir...