Redaktor
İlon Mask açıqladı: Yer orbitində neçə peyk var?
Amerikalı sahibkar İlon Mask sosial media platforması X-də hazırda Yer orbitində neçə "SpaceX" peykinin olduğunu açıqlayıb.
Valyuta.az xəbər verir ki, iş adamı orbitdə 9000-dən çox peyk var. O qeyd edib ki, bu, dünyadakı bütün digər peyklərin ümumi sayından iki dəfə çoxdur.
8 dekabrda "Falcon 9" raketinin 28 "Starlink" peykini orbitə buraxdığı açıqlanıb. 9 dekabrda "SpaceX"in ABŞ Milli Kəşfiyyat İdarəsi (NRO) adından peyk daşıyan "Falcon 9" raketini buraxdığı bildirilib.
Daha çox "SpaceX" kimi tanınan "Space Exploration Technologies Corp." Texasdakı Starbase inkişaf mərkəzində yerləşən Amerika aerokosmik şirkətidir. 2002-ci ildə iş adamı İlon Mask tərəfindən qurulan şirkət, raket mühərrikləri, təkrar istifadə edilə bilən buraxılış vasitələri və peyk texnologiyası sahəsində əhəmiyyətli irəliləyişlər əldə edib.
Paşa Məmmədli