131 min manat mənimsəyən direktor: "Özümə əlavə dərs saatları yazdırdım"

Redaktor

18.12.2025 10:26
140

131 min manat mənimsəyən direktor: "Özümə əlavə dərs saatları yazdırdım"

Gəncə Ağır Cinayətlər Məhkəməsində Qazax Peşə Liseyinin sabiq direktoru Xudaverdi Xudaverdiyevin cinayət işinin bəzi detalları məlum olub.

Valyuta.az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən məhkəmə istintaqı zamanı ittiham aktı elan olunub.

İttihama görə, Xudaverdi Xudaverdiyev Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Qazax Peşə Liseyinin direktoru vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən istifadə etməklə qanunsuz əməllərə yol verib.

Belə ki, o, 21 yanvar 2020-ci il tarixli əmrlə sözügedən liseyin direktoru vəzifəsinə təyin edilərək 14 noyabr 2022-ci il tarixədək həmin vəzifədə çalışıb. Xudaverdi Xudaverdiyevə həvalə edilmiş təşkilati-sərəncamverici və inzibati-təsərrüfat səlahiyyətlərindən qulluq mənafeyinə zidd şəkildə istifadə edib. Təqsirləndirilən şəxs vahid niyyət və tamah məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdirməklə dövlət vəsaitlərinin qanunsuz ödənilməsinə nail olub.

İstintaqla müəyyən edilib ki, Xudaverdi Xudaverdiyev 2020/2021-ci tədris ili üzrə faktiki olaraq 21 dərs saatı tədris etdiyi halda, rəsmi sənədlərdə öz adına 460 əlavə dərs saatı rəsmiləşdirib və bu əsasla 2 847.40 manat məbləğində pul vəsaitinin öz adına açılmış bank kartına köçürülməsini təmin edib. Həmin vəsaiti sonradan bankomatlar vasitəsilə çıxararaq şəxsi ehtiyaclarına sərf edib.
Bununla yanaşı, o, eyni üsulla 2020/2021 və 2021/2022-ci tədris illəri üzrə liseyin 39 nəfər müəlliminin adına tərtib edilmiş tarifləşmə cədvəllərinə tədris planlarında nəzərdə tutulmayan və faktiki icra olunmayan əlavə dərs saatları daxil etdirib. Nəticədə müəllimlərin adına açılmış kart hesablarına ümumilikdə 128 207.16 manat məbləğində pul vəsaiti köçürülüb. Həmin vəsaitlər müəllimlər tərəfindən bankomatlardan çıxarılaraq istifadə edilib.

Beləliklə, təqsirləndirilən şəxs öz adına qanunsuz köçürülmüş 2 847.40 manatla birlikdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus olmaqla ona etibar edilmiş 131 054.56 manat pul vəsaitini vahid niyyətlə mənimsəmə və israfetmə yolu ilə talayıb.

İstintaq orqanı hesab edir ki, Xudaverdi Xudaverdiyev bu hərəkətləri ilə dövlət vəsaitlərinin düzgün yönləndirilməsi, təhsil sahəsində əməkhaqqıların qanunvericiliyə uyğun ödənilməsi ilə bağlı fəaliyyətə mühüm zərər vurmaqla yanaşı, rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib və vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Məhkəmə baxışı zamanı Xudaverdi Xudaverdiyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində deyib ki, 1958-ci ildə Sabirabad rayonunun Korlar qəsəbəsində anadan olub, hazırda Xanlıqlar kəndində yaşayır. 2020-ci ilin yanvar ayından Qazax Peşə liseyinin direktoru, ondan əvvəl isə direktor müavini vəzifələrində çalışıb.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, tədris planları onun tərəfindən hazırlanaraq aidiyyəti quruma təqdim edilib, yoxlamalardan sonra əməkhaqqıları müəllimlərin kart hesablarına köçürülüb və jurnallar həmin saatlara uyğun doldurulub. Xudaverdi Xudaverdiyev fəaliyyəti dövründə müəyyən məsuliyyətsizliklərə yol verdiyini, bəzi dərnəklərin maddi-texniki bazasının olmaması səbəbindən sonradan qanunsuz hesab edildiyini bildirib. O, həmçinin özünə əlavə 240 dərs saatları yazdığını, müəllimlər arasında fənn bölgüsü ilə bağlı sonradan qaydaların dəyişdiyini qeyd edib. Bildirib ki, 2023-cü ildən etibarən təqaüddədir.

Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum edilib.

Ona Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bankların gecikməyə görə faiz borcundan faiz pulu tutması qanunidir? - VİDEO

18.12.2025

Ən yaxşı liderlər böhran zamanı yüksək riskli qərarları necə verirlər?

18.12.2025

Ultra-zənginlərin seçimi: 2025-ci ildə alınan bahalı 5 lüks daşınmaz əmlak bazarı

18.12.2025

Onların bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir

18.12.2025

Şirkət 1,8 milyard dollar qiymətləndirmə ilə 300 milyonluq investisiya alıb

18.12.2025

Unun topdansatış qiymətləri açıqlandı - FOTO

18.12.2025

İlon Mask açıqladı: Yer orbitində neçə peyk var?

18.12.2025

“Kontakt Home” 1,7 milyondan çox borc ödəməyə məcbur edildi

18.12.2025

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

18.12.2025

Çin avtomobillərinin əsas problemləri: Nələri bilmək lazımdır?

18.12.2025

30 saniyəlik reklam üçün 7 milyon?

18.12.2025

Şirkətlər bu oyuncaqların satışından milyardlarla dollar qazanıb

18.12.2025

ABB-yə məxsus avtomobillər satışa çıxarılır - QİYMƏTLƏR

18.12.2025

Gələn ildən xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə yeni giriş qiymətləri tətbiq ediləcək

18.12.2025

Bakıda camışların sayı azalıb

18.12.2025

Manatın insanların “cibində” qalma müddəti azalıb

18.12.2025

Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı

18.12.2025

Rüşvət alan bağça müdiri işdən çıxarıldı

18.12.2025

"Amazon" "OpenAI"a 10 milyardlıq investisiya planlaşdırır

18.12.2025

Onlara bayrama görə 1000 manat verildi

18.12.2025

Məzənnə

Yüklənir...