Redaktor
ABŞ-də mayda 97 min işçi ixtisarı açıqlandı - 40 faizi süni intellektlə bağlıdır
ABŞ-da may ayında planlaşdırılan 97 min işçi ixtisarı pandemiyadan sonrakı dövrdə ən yüksək göstəricilərdən biri olub. İşəgötürənlər ixtisarların 40 faizini süni intellektlə əlaqələndiriblər. Ekspertlər isə bildirirlər ki, süni intellektin əmək bazarına təsiri mürəkkəbdir və bu prosesi sadələşdirilmiş şəkildə qiymətləndirmək düzgün deyil.
Süni intellektin əmək bazarını dəyişdirməsi ilə bağlı xəbərlər işçilər arasında növbəti ixtisarların onlara da təsir edə biləcəyi ilə bağlı narahatlığı artırır.
Yeni məlumatlar göstərir ki, bu narahatlıqların yaxın vaxtlarda azalacağı gözlənilmir.
Valyuta.Az Yahoo Finance-a istinadla xəbər verir ki, ABŞ-da işəgötürənlər may ayında 97 min işçinin ixtisar olunacağını elan ediblər. Bu göstərici 2020-ci ildə pandemiya dövründə qeydə alınan yüksək ixtisar səviyyələri ilə müqayisə olunur. İşəgötürənlərin açıqlamalarına görə, planlaşdırılan ixtisarların 40 faizi süni intellektlə əlaqələndirilir.
Bununla belə, ekspertlər hər bir ixtisarın birbaşa süni intellektin işçiləri əvəz etməsi ilə bağlı olmadığını vurğulayırlar.
Hutchins Data Strategy Consultants şirkətinin təsisçisi və baş icraçı direktoru Kris Haçins (Chris Hutchins) bildirib:
"Təkrarlanan, əsasən nümunələrin tanınması və şərhi tələb olunan işlərdə süni intellektdən daha səmərəli istifadə etmək mümkündür. Əgər ixtisarlar bu funksiyaların hüdudlarını aşır və səbəb kimi süni intellekt göstərilirsə, deməli, əsl səbəb başqa amillərdir."
Onun sözlərinə görə, işəgötürənlərin ixtisarların səbəbi kimi süni intellekti göstərməsi halları artsa da, texnologiyanın real təsiri daha mürəkkəbdir.
İlin ilk beş ayı ərzində süni intellektlə əlaqələndirilən ixtisarların sayı ötən ilin ümumi göstəricisini keçib. 2026-cı ilin may ayınadək (düzəliş edildi) bu səbəbdən 87 min 714 işçi ixtisarı qeydə alınıb. Müqayisə üçün, 2025-ci il ərzində bu göstərici 54 min 836 olub.
ABŞ-ın Pew Araşdırmalar Mərkəzinin 2025-ci ildə keçirdiyi sorğuya əsasən, respondentlərin 52 faizi süni intellektin gələcəkdə iş yerlərinə təsirindən narahat olduqlarını bildirib. Respondentlərin təxminən üçdə biri isə bu texnologiya ilə bağlı narahatlıq hiss etdiyini qeyd edib.
Bir sıra iri texnologiya şirkətləri bu il işçi ixtisarları barədə məlumat verərkən, eyni zamanda süni intellekt sahəsinə yatırımlarını artırdıqlarını açıqlayıblar.
“Oracle” ötən il təxminən 21 min əməkdaşını ixtisar etdiyini bildirib. “Google” isə performans qiymətləndirmələri, könüllü ayrılma proqramları və təşkilati dəyişikliklər çərçivəsində ixtisarları davam etdirir. Xarici mənbələrin qiymətləndirmələrinə görə, şirkətin mühəndis heyəti 2026-cı ildə 1 500–3 000 nəfər azalıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Micron"un güclü nəticələri "Apple" üçün xəbərdarlıq siqnalıdır
25.06.2026Sığorta bazarında ödənişlər 95 milyon manata yaxın artdı
25.06.2026"Google Play Store" 30%-lik komissiya modelini dəyişir
25.06.2026ABŞ-də mayda 97 min işçi ixtisarı açıqlandı - 40 faizi süni intellektlə bağlıdır
25.06.2026"Binance"in MiCA lisenziya müraciəti rədd edilib
25.06.2026Pasport nəzarəti və növbələr olmadan: Dubayda gələcəyin aeroportu tikilir
25.06.2026“Qala Sığorta”nın yığımları 55%-ə yaxın azalıb
25.06.2026Baffetin favorit səhmləri: Uzunmüddətli investisiya üçün 3 şirkət
25.06.2026Muzey Kompleksi üçün 9,9 milyonluq satınalma elan edilib
25.06.2026"Süni intellekt startap qurmağın xərcini kəskin azaldıb"
25.06.2026İlham Əliyev onları təltif etdi
25.06.2026Fasiləsiz bazar: aktivlərin tokenləşdirilməsi qlobal birjaların maneələrini necə aşır?
25.06.2026Kredit faizləri banklara nə qədər qazandırıb?
25.06.2026Yay mövsümündə reyslərin ən çox gecikdiyi Avropa ölkəsi açıqlandı - TOP-20
25.06.2026Dövlət və özəl banklara kredit qoyuluşu artıb
25.06.2026“Atəşgah Həyat”ın yığımları artıb, ödənişləri isə təxminən iki dəfə yüksəlib
25.06.2026