Redaktor
"Google Play Store" 30%-lik komissiya modelini dəyişir
"Google" uzun müddətdir "Epic Games" ilə davam edən antinhisar mübahisəsindən sonra "Play Store"un iş modelində mühüm dəyişikliklərə başlayıb.
Valyuta.az xəbər verir ki, yeni qaydalara əsasən, "Play Store"un standart 30%-lik komissiya modeli dəyişdirilir. Artıq tərtibatçılar tətbiqdaxili ödənişlərdə "Google"un ödəniş sistemindən istifadə etməyə məcbur olmayacaq, öz ödəniş həllərini təqdim edə və ya istifadəçiləri birbaşa internet saytlarındakı ödəniş səhifəsinə yönləndirə biləcəklər.
"Google"un ödəniş sistemindən istifadə edənlər üçün isə ABŞ, Böyük Britaniya və Avropa İqtisadi Zonasında əlavə 5%-lik ödəniş emalı haqqı tətbiq olunacaq.
Bildirilir ki, yeni komissiya dərəcələri tərtibatçının illik gəlirindən asılı olacaq. İllik ilk 1 milyon dollar gəlir üçün xidmət haqqı 10%, bu həddi aşan gəlirlər üzrə isə birdəfəlik tətbiqdaxili alışlarda 20% təşkil edəcək. Abunəliklər üzrə komissiya isə 10% səviyyəsində qalacaq.
Yeni sistem 30 iyun 2026-cı ildən ABŞ, Böyük Britaniya və Avropa İqtisadi Zonasında qüvvəyə minəcək. Dünyanın digər ölkələrində isə dəyişikliklərin 30 sentyabr 2027-ci il tarixinədək mərhələli şəkildə tətbiqi planlaşdırılır.
"Google" həmçinin "Registered App Stores" proqramı çərçivəsində üçüncü tərəf "Android" tətbiq mağazalarının platformaya daha rahat inteqrasiyasına imkan yaradacağını da açıqlayıb.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərOpenAI ilk xüsusi süni intellekt çipini təqdim edib
25.06.2026Ağıllı saat satışları artır: "Samsung" üçün təhlükə siqnalı...
25.06.2026"Micron"un güclü nəticələri "Apple" üçün xəbərdarlıq siqnalıdır
25.06.2026Sığorta bazarında ödənişlər 95 milyon manata yaxın artdı
25.06.2026"Google Play Store" 30%-lik komissiya modelini dəyişir
25.06.2026ABŞ-də mayda 97 min işçi ixtisarı açıqlandı - 40 faizi süni intellektlə bağlıdır
25.06.2026"Binance"in MiCA lisenziya müraciəti rədd edilib
25.06.2026Pasport nəzarəti və növbələr olmadan: Dubayda gələcəyin aeroportu tikilir
25.06.2026“Qala Sığorta”nın yığımları 55%-ə yaxın azalıb
25.06.2026Baffetin favorit səhmləri: Uzunmüddətli investisiya üçün 3 şirkət
25.06.2026Muzey Kompleksi üçün 9,9 milyonluq satınalma elan edilib
25.06.2026"Süni intellekt startap qurmağın xərcini kəskin azaldıb"
25.06.2026İlham Əliyev onları təltif etdi
25.06.2026Fasiləsiz bazar: aktivlərin tokenləşdirilməsi qlobal birjaların maneələrini necə aşır?
25.06.2026Kredit faizləri banklara nə qədər qazandırıb?
25.06.2026Yay mövsümündə reyslərin ən çox gecikdiyi Avropa ölkəsi açıqlandı - TOP-20
25.06.2026Dövlət və özəl banklara kredit qoyuluşu artıb
25.06.2026“Atəşgah Həyat”ın yığımları artıb, ödənişləri isə təxminən iki dəfə yüksəlib
25.06.2026