Redaktor
"Meta" mühəndislərə süni intellekt layihələrində seçim azadlığı verdi
"Meta" şirkəti mühəndislərin süni intellekt təlimi üzrə yaradılmış xüsusi işçi qrupuna məcburi şəkildə cəlb olunması ilə bağlı siyasətini yumşaldıb.
Valyuta.az xəbər verir ki, şirkət ötən ay gələcək süni intellekt modellərinin hazırlanmasına dəstək məqsədilə 7 min əməkdaşını, "Applied AI" işçi qrupuna və digər bölmələrə yenidən təyin etmişdi.
İndi isə "Meta" həmin qərara yenidən baxıb. Əməkdaşlara göndərilən daxili məktubda vurğulanıb ki, bundan sonra hər bir işçinin şəxsi seçiminə hörmət ediləcək və onların verəcəyi istənilən qərar dəstəklənəcək.
Sənəddə qeyd olunub ki, şirkət əməkdaşların komandada qalaraq ən qabaqcıl süni intellekt texnologiyalarının hazırlanmasında iştirak etməsini arzulasa da, yekun qərar hər kəsin öz ixtiyarında olacaq.
Bununla yanaşı, memorandumda bildirilib ki, sözügedən bölmədən ayrılmaq istəyən əməkdaşlara şirkətin digər bölmələrindəki vakansiyalar üzrə yerləşdirilmədə üstünlük veriləcək.
Qeyd edək ki, "Applied AI" işçi qrupu ötən ay əməkdaşlar arasında ciddi narazılıq yaratmışdı. Bəzi işçilər onlara həvalə olunan vəzifələri məlumatların etiketlənməsi (data labeling) işi ilə müqayisə edərək narazılıqlarını ifadə etmişdilər.
Şirkətin mövqeyini dəyişməsi texnologiya direktoru Endryu Bozvortun əməkdaşların motivasiya səviyyəsi ilə bağlı açıqlamalarından sonra baş verib. O, iyunun əvvəlində keçirilən daxili görüşlərin birində şirkətdəki mənəvi vəziyyətin "Meta"nın 20 illik tarixində bəlkə də ən aşağı səviyyəyə endiyini bildirib.
Xatırladaq ki, "Meta" may ayında işçi qüvvəsinin təxminən 10 faizini, yəni 8 minə yaxın əməkdaşını ixtisar etmişdi. Bu fonda şirkətin süni intellekt strategiyası və insan resursları siyasəti texnologiya sektorunda diqqətlə izlənilir.
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDövlət və özəl banklara kredit qoyuluşu artıb
25.06.2026“Atəşgah Həyat”ın yığımları artıb, ödənişləri isə təxminən iki dəfə yüksəlib
25.06.2026
Kimlər banklarda rəhbər vəzifə tuta bilməz?
25.06.2026"Meta" mühəndislərə süni intellekt layihələrində seçim azadlığı verdi
25.06.2026Sabah hava necə olacaq?
25.06.2026Elmlərin ən işlək küçəsində hazır restoran icarəyə verilir
25.06.2026"Volkswagen"dən 7.4 milyard avroluq satış
25.06.2026Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi ®
25.06.2026"BlackRock" rəsmisi: "Bitcoin" üçün ən böyük rəqib süni intellektdir"
25.06.2026
Azərbaycandakı bankların qaynar xətt nömrələri - Tam siyahı
25.06.2026"MFX-Trading İnvestisiya Şirkəti"nin dövriyyəsi 43,2 milyon manat azalıb
25.06.2026ABB ilə "m10" arasında pul köçürmələri dayandırılıb
25.06.2026Mərkəzi Bank kredit götürmək qaydalarını dəyişir
25.06.2026Mayda bank sektorunda çalışanların sayı 15 nəfər azalıb
25.06.2026Bankların xalis mənfəəti 126.4 mln. manat artıb
25.06.20265 ayda ən çox yığım edən sığorta şirkətləri - RENKİNQ
25.06.2026Necə edək ki, çox işləməyimiz ailədə problem yaratmasın?
25.06.2026Dünya avtomobil sənayesində azərbaycanlı imzası - avtomobil dizayneri Orxan Babayev ilə MÜSAHİBƏ
25.06.2026