Redaktor
Kimlər banklarda rəhbər vəzifə tuta bilməz?
Bank sektorunda rəhbər vəzifələrə təyin olunan şəxslər yalnız peşəkar bilik və təcrübəyə deyil, həm də qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməlidirlər. Bununla yanaşı, qanun bəzi şəxslərin bankların idarə edilməsində iştirakını qadağan edir, rəhbər vəzifələrə təyin olunanlar üçün isə təhsil, iş stajı və digər meyarlar müəyyənləşdirir.
Valyuta.az xəbər verir ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, aşağıdakı şəxslər bankların, onların filiallarının, şöbələrinin və xarici bankların yerli filiallarının inzibatçısı (rəhbər vəzifəli şəxsi) ola bilməzlər:
-maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələblərin pozulması ilə əlaqədar məcburi ləğv edilmiş və ya müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçılar;
-maliyyə bazarlarına nəzarət orqanının tələbi ilə hər hansı bankın, filialın və ya şöbənin inzibatçısı vəzifəsindən azad edilmiş şəxslər;
-bankın inzibatçısı hüququndan qanunla müəyyən edilmiş qaydada məhrum edilmiş şəxslər;
-bankın digər idarəetmə orqanının (səhmdarların ümumi yığıncağı istisna olmaqla) üzvü olan şəxslər;
-İdarə Heyətinin üzvləri istisna olmaqla, bankda digər vəzifə tutan şəxslər;
-Müşahidə Şurasının üzvü üçün üçdən çox hüquqi şəxsin və ya digər bankın idarəetmə orqanlarının üzvü olan şəxslər;
-bankın İdarə Heyətinin üzvləri, baş mühasibi, daxili audit bölməsinin rəhbəri, filial və şöbə rəhbərləri üçün başqa banklarda və ya digər hüquqi şəxslərdə vəzifə tutan şəxslər;
-bankın digər inzibatçısı ilə qanunda nəzərdə tutulmuş qohumluq münasibətlərində olan şəxslər;
-dövlət hakimiyyəti və ya bələdiyyə orqanlarında qulluq edən şəxslər (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla).
-Qanunda eyni zamanda banklarda rəhbər vəzifə tutacaq şəxslərin təhsilinə, iş stajına, peşə hazırlığına və bəzi hallarda attestasiyadan keçməsinə dair tələblər də müəyyən edilib.
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tam mətni ilə link-ə keçid edərək tanış ola bilərsiniz
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYay mövsümündə reyslərin ən çox gecikdiyi Avropa ölkəsi açıqlandı - TOP-20
25.06.2026Dövlət və özəl banklara kredit qoyuluşu artıb
25.06.2026“Atəşgah Həyat”ın yığımları artıb, ödənişləri isə təxminən iki dəfə yüksəlib
25.06.2026
Kimlər banklarda rəhbər vəzifə tuta bilməz?
25.06.2026"Meta" mühəndislərə süni intellekt layihələrində seçim azadlığı verdi
25.06.2026Sabah hava necə olacaq?
25.06.2026Elmlərin ən işlək küçəsində hazır restoran icarəyə verilir
25.06.2026"Volkswagen"dən 7.4 milyard avroluq satış
25.06.2026Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi ®
25.06.2026"BlackRock" rəsmisi: "Bitcoin" üçün ən böyük rəqib süni intellektdir"
25.06.2026
Azərbaycandakı bankların qaynar xətt nömrələri - Tam siyahı
25.06.2026"MFX-Trading İnvestisiya Şirkəti"nin dövriyyəsi 43,2 milyon manat azalıb
25.06.2026ABB ilə "m10" arasında pul köçürmələri dayandırılıb
25.06.2026Mərkəzi Bank kredit götürmək qaydalarını dəyişir
25.06.2026Mayda bank sektorunda çalışanların sayı 15 nəfər azalıb
25.06.2026Bankların xalis mənfəəti 126.4 mln. manat artıb
25.06.20265 ayda ən çox yığım edən sığorta şirkətləri - RENKİNQ
25.06.2026Necə edək ki, çox işləməyimiz ailədə problem yaratmasın?
25.06.2026Dünya avtomobil sənayesində azərbaycanlı imzası - avtomobil dizayneri Orxan Babayev ilə MÜSAHİBƏ
25.06.2026