ABŞ və Kanadanın ən dəyərli klubları

Redaktor

16.02.2026 13:45
3,972

ABŞ və Kanadanın ən dəyərli klubları

Lionel Messi və Rodrigo De Paulun çıxış etdiyi “Inter Miami” son üç ildə gəlirlərini demək olar ki, dörd dəfə artıraraq 1,35 milyard dollar dəyərə çatıb və MLS-in ən bahalı klubu olub.

Lionel Messinin transferi “Inter Miami”nin həm idman, həm də maliyyə baxımından sürətli yüksəlişinə səbəb olub. Klub 2023-cü ildə “Leagues Cup”u, 2025-ci ildə isə MLS Kubokunu qazanıb. Bununla yanaşı, bilet satışları, sponsorluqlar və beynəlxalq turlar hesabına gəlirlər 2022-ci ildəki 56 milyon dollardan 2025-ci ildə təxminən 200 milyon dollara yüksəlib. Messi müqaviləsini 2028-ci ilə qədər uzadıb və klub yeni 25 min yerlik stadionuna köçməyə hazırlaşır.

Valyuta.az “Forbes”un hesablamasına görə xəbər verir ki, MLS klublarının orta dəyəri 731 milyon dollardır ki, bu da ötən illə müqayisədə 6 faiz artım deməkdir. Bununla belə, ən bahalı və ən ucuz klublar arasında fərq böyüməkdədir. 30 klubdan 19-u 2025-ci ildə əməliyyat zərəri ilə işləyib.

2026-cı il üzrə MLS komandalarının dəyərləri:

“Inter Miami CF” – 1,35 milyard dollar
İllik dəyişiklik: 13% | Gəlir: 200 milyon dollar | Əməliyyat mənfəəti: 50 milyon dollar
Əsas sahiblər: Xorxe Mas, Xose Mas, Devid Bekhem

“LAFC” – 1,32 milyard dollar
6% | 167 milyon dollar | 14 milyon dollar
Əsas sahiblər: Bennet Rozental, Brendon Bek, Larri Berq, Piter Quber

“LA Galaxy” – 1,08 milyard dollar
8% | 106 milyon dollar | 2 milyon dollar
Əsas sahib: Filip Anşuts

“New York City FC” – 1,02 milyard dollar
17% | 90 milyon dollar | -5 milyon dollar
Əsas sahib: “City Football Group” (Şeyx Mənsur)

“Atlanta United FC” – 1 milyard dollar
3% | 105 milyon dollar | 10 milyon dollar
Əsas sahib: Artur Blank

“Seattle Sounders FC” – 860 milyon dollar
8% | 100 milyon dollar | 3 milyon dollar
Əsas sahib: Adrian Hanauer

“Austin FC” – 855 milyon dollar
4% | 94 milyon dollar | 5 milyon dollar
Əsas sahiblər: Entoni Prekort, Eddi Marqeyn

“Columbus Crew” – 805 milyon dollar
10% | 80 milyon dollar | -10 milyon dollar
Əsas sahiblər: Haslam ailəsi, Conson ailəsi, Edvards ailəsi

“FC Cincinnati” – 800 milyon dollar
10% | 82 milyon dollar | -15 milyon dollar
Əsas sahiblər: Karl Lindner III, Meq Uitman

“San Diego FC” – 795 milyon dollar
Gəlir: 93 milyon dollar | -5 milyon dollar
Əsas sahib: Məhəmməd Mənsur

“D.C. United” – 785 milyon dollar
0% | 99 milyon dollar | 12 milyon dollar
Əsas sahiblər: Ceyson Levien, Stiven Kaplan

“Charlotte FC” – 740 milyon dollar
6% | 85 milyon dollar | 4 milyon dollar
Əsas sahib: Devid Tepper

“Toronto FC” – 725 milyon dollar
0% | 74 milyon dollar | -14 milyon dollar
Əsas sahiblər: Larri Tanenbaum, “Rogers Communications”

“Philadelphia Union” – 715 milyon dollar
4% | 80 milyon dollar | -4 milyon dollar
Əsas sahiblər: Cey Suqarman, Riçard Leyboviç

“St. Louis City SC” – 710 milyon dollar
4% | 75 milyon dollar | -4 milyon dollar
Əsas sahiblər: Teylor ailəsi, Kavano ailəsi

“Portland Timbers” – 705 milyon dollar
5% | 69 milyon dollar | -2 milyon dollar
Əsas sahiblər: Merritt və Hank Polson

“Sporting Kansas City” – 700 milyon dollar
8% | 81 milyon dollar | -3 milyon dollar
Əsas sahiblər: Piter Malluk, Illig ailəsi, Patterson ailəsi

“Minnesota United FC” – 625 milyon dollar
2% | 68 milyon dollar | -12 milyon dollar
Əsas sahib: Bill MakQuayr

“Nashville SC” – 620 milyon dollar
9% | 70 milyon dollar | -10 milyon dollar
Əsas sahib: Con Inqram

“New York Red Bulls” – 610 milyon dollar
5% | 75 milyon dollar | 1 milyon dollar
Əsas sahib: “Red Bull” (Mateşiç ailəsi)

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

"Lamborghini" əvvəllər traktor istehsal edirdi, "Samsung" isə balıq ticarəti ilə məşğul idi - SƏHƏR OXUSU

21.02.2026

Məzənnə

Yüklənir...