Redaktor
Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL
"Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı" təsdiq edilib.
Valyuta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncam Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu sahədə infrastrukturun təkmilləşdirilməsi, içməli su və suvarma suyu ilə təminatın daha da yaxşılaşdırılması məqsədi daşıyır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planında aşağıdakı linkdə qeyd olunan tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
| Sıra №-si | Tədbirin adı | İcraçı qurumlar | İcra müddəti (illər üzrə) |
|---|---|---|---|
| 1 | Suvarma üçün sudan səmərəli və qənaətli istifadənin təmin edilməsi | ||
| 1.1. | “Qaraçuq-1” nasos stansiyasının və nasos stansiyasından qidalanan hidrotexniki qurğuların yenidən qurulması | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2030 |
| 1.2. | Culfa rayonu ərazisində Araz çayından qidalanan hidrotexniki qurğuların əsaslı təmiri | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2028 |
| 1.3. | Ordubad rayonu ərazisində Araz çayından və Gilançaydan qidalanan hidrotexniki qurğuların əsaslı təmiri | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2029 |
| 1.4. | Naxçıvançayın sol sahilində Babək rayonunun ərazisinə xidmət edən hidrotexniki qurğuların yenidən qurulması | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2029 |
| 1.5. | Naxçıvançayın sağ sahilində Babək rayonunun ərazisinə xidmət edən hidrotexniki qurğuların yenidən qurulması | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2029 |
| 1.6. | Sədərək rayonu ərazisində Araz çayından qidalanan hidrotexniki qurğuların əsaslı təmiri | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2030 |
| 1.7. | Əlincəçaydan və Bənəniyar su anbarından qidalanan hidrotexniki qurğuların yenidən qurulması | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2030 |
| 1.8. | Şahbuz rayonu ərazisində əkin sahələrinin suvarılmasına xidmət edən hidrotexniki qurğuların yenidən qurulması | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2028 |
| 1.9. | Kəngərli rayonu ərazisində Arpaçaydan qidalanan hidrotexniki qurğuların yenidən qurulması | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2028 |
| 1.10. | Şərur rayonu ərazisində Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xətlərinin yenidən qurulması | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2027–2029 |
| 1.11. | Şərur rayonu ərazisində Arpaçaydan qidalanan hidrotexniki qurğuların yenidən qurulması | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2028–2030 |
| 2 | İçməli su təchizatı sisteminin təkmilləşdirilməsi | ||
| 2.1. | Sədərək rayonunun Heydərabad qəsəbəsinin, Qaraağac və Sədərək kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2029 |
| 2.2. | Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2029 |
| 2.3. | Kəngərli rayonunun Xok, Qabıllı, Qarabağlar və Yurdçu kəndlərinin içməli su təchizatı şəbəkəsinin qurulması | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2029 |
| 2.4. | Ordubad şəhəri üzrə içməli sutəmizləyici qurğunun bərpası, Babək şəhəri üzrə içməli sutəmizləyici qurğunun tikintisi | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2030 |
| 2.5. | İçməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni subartezian quyularının qazılması və infrastrukturun təkmilləşdirilməsi | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2029 |
| 3 | Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və deqradasiyasına, səhralaşmasına qarşı mübarizə | ||
| 3.1. | Kəngərli rayonunun Böyükdüz və Xok kəndləri ərazisində qapalı suvarma və kollektor-drenaj şəbəkələri tikintisinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2028–2030 |
| 3.2. | Naxçıvan şəhərinin Qaraxanbəyli və Tumbul kəndlərinin ərazisində kollektor-drenaj şəbəkələrinin tikintisinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2028–2030 |
| 3.3. | Şərur rayonunun Püsyan, Tumaslı və Xanlıqlar kəndlərinin ərazisində kollektor-drenaj şəbəkələri tikintisinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2028–2030 |
| 21.02.2026 |
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026