Famil Tağıyev
MaxCreative şirkətinin rəhbəri
Azərbaycan xalq nağıllarından biri olan “Cırtdan”da maraqlı bir məqam var. Cırtdan iki yol arasında qalır: bir tərəfdən işıq gəlir, digər tərəfdə it hürür. İşıq gələn yol daha təhlükəsiz, daha rahat və daha məntiqli görünür. Cırtdan da məhz bu səbəbdən işıq gələn yolu seçir, amma həmin yolun sonunda onu div gözləyir.
Bu səhnə sadəcə uşaq nağılı deyil. Bu, əslində qərarvermə və risk oxuma dərsidir. Bugünkü biznes dünyasında da oxşar seçimlər edilir.
Bizneslər niyə “işıq yanan yolu” seçir?
Müasir biznes mühitində “işıq yanan yol” adətən belə görünür:
• Sosial mediada aktiv olmaq
• Daha çox görünürlük əldə etmək
• Endirim kampaniyaları ilə satış artırmaq
• Hamının etdiyi strategiyanı təkrarlamaq
Bu yol rahatdır. Çünki:
• Nəticə tez görünür
• İzah etmək asandır
• Rəqəmlərlə ölçülür
• “Hamı belə edir” arqumenti var
Amma çox vaxt bu yolun sonunda bizneslər divlə üz-üzə qalır:• Qiymət asılılığı yaranır
• Loyallıq formalaşmır
• Satış yalnız kampaniya dövründə artır
• Brend dəyəri zəifləyir
İşıq var, amma çıxış yoxdur.
“İt hürən yol” niyə qorxudur?
İt hürən yol səs-küylüdür, qorxudur və risklidir. Biznes üçün bu yol adətən belə təzahür edir:
• Mobil tətbiq yaratmaq
• Öz platformanı qurmaq
• Müştəri datasını özünə məxsus etmək
• Uzunmüddətli strategiya qurmaq
• Səssiz, lakin davamlı dəyər yaratmaq
Bu yol:
• Daha çox düşünmə tələb edir
• Daxili sistemlərin dəyişməsini istəyir
• Rəhbərlik səviyyəsində strateji baxış tələb edir
• İlk mərhələdə sürətli nəticə vermir
Məhz buna görə bir çox biznes bu yolu seçmir. Amma bu yolun sonunda adətən div yox, yolun özü davam edir.
İşıq həmişə təhlükəsizlik demək deyil. Bizneslər tez-tez belə bir yanlışlığa düşür: “Əgər hər kəs bu yolu seçirsə, deməli, risk yoxdur”. Halbuki tarix göstərir ki:
• Hamının endirim etdiyi bazarda qalib olmur
• Hamının qışqırdığı yerdə səs dəyərsizləşir
• Hamının eyni kanala güvəndiyi mühitdə asılılıq yaranır
Ən böyük risk bəzən ən parlaq görünən qərarların içində gizlənir.
Cırtdanın dərsi bu gün də aktualdır. Cırtdan işıq yanan yolu seçdi, çünki qorxmaq istəmədi. Bizneslər də çox vaxt riskdən qaçmaq üçün rahat qərarlar verir. Amma bəzən sualı belə vermək lazımdır: “Bu yol işıqlıdır, yoxsa doğrudan da təhlükəsizdir?”
Çünki real divlər çox vaxt işığın ən çox olduğu yerdə gizlənir. Bugünkü biznes mühitində qalib gələnlər:
• daha az qışqıran
• daha az endirim edən
• daha çox düşünən
• öz yolunu seçən brendlərdir.
Bəzən it hürən yolu seçmək cəsarət tələb edir. Amma uzunmüddətli dəyər məhz o yolda formalaşır.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərVüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
21.04.202628 May ətrafında tramvay şəbəkəsi yaradılır
21.04.2026Bakı metrosunda ən gəlirli və ən sıx 5 stansiya açıqlanıb
21.04.2026Azərbaycanda qızıl istehsalı azalıb
21.04.2026"Bank Respublika"nın hansı rayonda vaxtı keçmiş kreditləri çoxdur? - CƏDVƏL
21.04.202617 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
21.04.2026“Kapital Bank”ın verdiyi bu kreditlərin məbləği 934 milyon manatdan çox artıb
21.04.2026Azərbaycan neftinin qiyməti 110 dolları keçib
21.04.2026"Apple"ın baş icraçı direktoru Tim Kuk istefa verdiyini açıqlayıb: şirkətə kim rəhbərlik edəcək?
21.04.2026
İki mərtəbəli ev tikmək üçün icazə alınmalıdır?
21.04.2026
Həyat yoldaşı ilə ortaq biznes qurdu, “İlin iş adam”ı seçildilər - MÜSAHİBƏ
21.04.2026Bakıda metronun altından avtomobil yolu keçəcək
21.04.2026Avro və rubl bahalaşır
21.04.2026