"Toksik şirkətləri kənardan da tanımaq olar"
20.02.2026 14:00
797

"Toksik şirkətləri kənardan da tanımaq olar" - Əsas siqnallar

Ayşən Həmidsoy

   İnsan resursları mütəxəssisi

İş axtarışı prosesində namizədlər adətən diqqəti yalnız özlərini ən yaxşı formada təqdim etməyə yönəldirlər. Lakin nəzərdən qaçırılan mühüm bir məqam var: müsahibə və işə qəbul prosesi eyni zamanda şirkətin daxili mədəniyyətinin aynasıdır. Toksik mühitin mövcudluğunu anlamaq üçün işə başlamağı gözləmək lazım deyil, bəzi əlamətlər hələ kənardan müşahidə edilə bilir.

Bəs əsas “qırmızı bayraqlar” hansılardır?

Uzun müddət bağlanmayan vakansiyalar və uzun işə qəbul müddəti

Bəzi şirkətlərin vakansiya elanları aylarla aktiv qalır və ya qısa fasilələrlə yenidən yayımlanır. İlk baxışda bu, uyğun namizəd tapılmaması kimi görünə bilər. Lakin çox zaman səbəb daxili problemlərlə bağlı olur:

Qeyri-real tələblər: Bir neçə fərqli vəzifənin funksiyaları bir nəfərin üzərinə qoyulur.

Aşağı əməkhaqqı: Yüksək gözləntilərlə təklif olunan məvacib arasında ciddi uyğunsuzluq yaranır.

Əsassız meyarlar: Namizədin real bacarıqları əvəzinə, vəzifənin mahiyyəti ilə əlaqəsi olmayan detallara üstünlük verilir.

Yüksək işçi axını

Toksik mühitin əsas göstəricilərindən biri davamlı işçi dövriyyəsidir. Əgər eyni vəzifə üzrə qısa müddət ərzində dəfələrlə vakansiya elan edilirsə, problem çox güman ki, mütəxəssislərdə deyil, daxili idarəetmə sistemindədir.

Sağlam, psixoloji təhlükəsizliyin təmin olunduğu və inkişaf imkanlarının mövcud olduğu mühitlərdə əməkdaşlar işi asanlıqla tərk etmirlər. Yüksək işçi axını isə idarəetmədə boşluqlara və işçilərin dəyərsiz hiss etməsinə işarə edə bilər.

Qeyri-şəffaf kommunikasiya və proseslərdə xaos

Müasir əmək bazarında şəffaf və sistemli proseslər mühüm əhəmiyyət daşıyır. İşə qəbul mərhələsində aşağıdakı hallar müşahidə olunursa, bu, daxili idarəetmədə problemlərin ola biləcəyini göstərir:

Müsahibə mərhələlərinin aydın izah edilməməsi;

Rəsmi geridönüşlərin uzun müddət gecikməsi;

Müsahibə zamanı verilən məlumatlarla real iş şərtləri arasında uyğunsuzluq.

Müsahibə zamanı sərhədlərin pozulması

Müsahibədə verilən suallar və ünsiyyət tərzi şirkətin işçiyə yanaşmasını açıq şəkildə əks etdirir. Şəxsi həyata həddindən artıq müdaxilə, iş-həyat balansına hörmətsizlik siqnalları və ya HR/Rəhbərin yuxarıdan-aşağı ünsiyyət forması gələcəkdə toksik idarəetmə modelinin mövcud ola biləcəyini göstərir.

Nəticədə sağlam iş mühiti yalnız cəlbedici əməkhaqqı ilə deyil, işçiyə göstərilən hörmət, düzgün qurulmuş idarəetmə sistemi və psixoloji rahatlıqla müəyyən olunur. Kənardan görünən bu əlamətləri vaxtında təhlil etmək namizədləri gələcək peşəkar tükənmə riskindən qoruya bilər.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"AZAL" ilk 3 ayda 7,6 milyon manat gəlir əldə edib

30.04.2026

Bahar Muradova: Azərbaycanda qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıb

30.04.2026
Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?

Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?

30.04.2026

"Uber" tətbiqinə otel rezervasiyası əlavə olunur

30.04.2026

“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir

30.04.2026

“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu ®

30.04.2026
Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!

Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!

30.04.2026

Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər

30.04.2026

Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik

30.04.2026

Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib

30.04.2026

"Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

30.04.2026

Kredit ittifaqlarının zərəri I rübdə təxminən 4 dəfə artıb

30.04.2026

Mərkəzi Bank 3 sığorta agentinin lisenziyasını ləğv edib

30.04.2026

"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir

30.04.2026

Azərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı

30.04.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL

30.04.2026

Prezident idmançıları qəbul edib

30.04.2026

Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı

30.04.2026

Vətəndaşlar banklara biznes, yoxsa gündəlik ehtiyac krediti üçün müraciət edib?

30.04.2026

Müştərinin məlumatlarını yayan bank kompensasiya ödəyəcək – Məhkəmə qərarı

30.04.2026

Məzənnə

Yüklənir...