Redaktor
Alış-verişdə aldanmayın: Sahibkarların yeni "vergi oyunu" - VİDEO
Bəzi dükanlarda vətəndaşlar nağdsız ödəniş etmək istədikdə onlara fərqli qiymət təklif olunur. Əgər nağd ödəniş edilsə, endirim tətbiq edilir, lakin kartla ödəniş zamanı endirim mümkün olmur.
Valyuta.az ATV-yə istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, bu, həm qanunsuz, həm də istehlakçı hüquqlarının pozulması hesab oluna bilər.
Hüquqşünas Roman Qaraşov bildirib ki, sahibkarların belə addımları vergi öhdəliklərindən yayınmaq məqsədini güdür və qanunsuzdur. Hər hansı istehlakçıya kassadan qəbzin verilməməsi ilə bağlı Vergi Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur.
Ekspert həmçinin qeyd edib ki, nağdsız ödəniş zamanı kartdan-karta köçürmə tələb etmək və endirim verməmək, yalnız vergi öhdəliklərindən yayınmaq deyil, həm də istehlakçı hüquqlarının pozulmasıdır. İstehlakçı hüquqları haqqında qanunun 7-ci maddəsinə görə, hər bir məhsul üçün yazılı sənəd - kassadan qəbz və ya digər təsdiqedici sənəd verilməlidir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, qanunvericilik bütün vətəndaşlara ticarət və xidmət sahələrində bərabər hüquq tanıyır. İstehlakçıların hüquqlarının pozulması hallarında müraciət etmək imkanı mövcuddur.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026