“Assist Finance”ın dövriyyəsi 1,2 mlrd. manat azalıb

Redaktor

19.06.2026 12:28
223

“Assist Finance”ın dövriyyəsi 1,2 mlrd. manat azalıb

2026-cı ilin yanvar-may aylarında Assist Finance İnvestisiya Şirkətinin dövriyyəsi 1 milyard 733 milyon 218 min 610 manat təşkil edib.

Valyuta.az xəbər verir ki, şirkətin dövriyyəsi 2025-ci ilin eyni dövründə 2 milyard 749 milyon 118 min 728 manat olub.

Beləliklə, hesabat dövründə dövriyyə 1 milyard 15 milyon 900 min 118 manat və ya 36,95% azalıb.

Şirkətin əməliyyat sayında da azalma müşahidə olunub. Belə ki, 2026-cı ilin yanvar-may aylarında Assist Finance İnvestisiya Şirkəti üzrə 871 əməliyyat həyata keçirilib. Bu göstərici 2025-ci ilin müvafiq dövründə qeydə alınmış 1 125 əməliyyatla müqayisədə 254 əməliyyat və ya 22,58% azdır.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...