Avtomobildən çəkilən kadrları yayanları hansı cəza gözləyir?

Redaktor

18.02.2026 11:28
191

Avtomobildən çəkilən kadrları yayanları hansı cəza gözləyir?

Hazırda həm avtomobillərdə quraşdırılan videoqeydiyyat cihazları, həm də yaşayış binalarının girişlərində yerləşdirilən müşahidə kameraları ilə hər an rastlaşırıq. Qəza, oğurluq, mübahisə və digər hadisələr zamanı həmin görüntülər sübut kimi istifadə olunur və çox vaxt sosial şəbəkələrdə, xəbər saytlarında ictimailəşdirilir. Lakin texnologiyanın yaratdığı bu imkanlar eyni zamanda hüquqi və etik suallar doğurur: görüntülərin hüquqi rəy və ya aidiyyəti şəxslərin razılığı olmadan yayılması şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması hesab edilə bilərmi?

Valyuta.az xəbər verir ki, mövzuyla əlaqədar Trend-in sorğusuna cavab olaraq Ali Məhkəmədən bildirilib ki, ictimaiyyət üçün açıq yerlərdə (küçələrdə, restoranların, şadlıq saraylarının, klinikaların, otellərin, konfrans zallarının və digər iaşə obyektlərinin giriş, foye, dəhliz, ümumi zal və digər açıq zonaları, ictimai nəqliyyat vasitələri və s.) təhlükəsizliyin təmin olunması məqsədi ilə xüsusi texniki vasitələrlə audio-video çəkilişlərinin aparılmasına müəyyən şərtlər daxilində yolverilir.

"Bu məqsədlə kameraların quraşdırıldığı açıq məkanlarda (küçə və s.) çəkiliş aparılmasına razılıq tələb olunmur. Lakin qapalı məkanlarda çəkilişin aparılmasına dair xəbərdaredici məlumatların yerləşdirilməsi tələb olunur. Bu halda hər kəsin görə biləcəyi yerdə və anlaşılan məzmunda çəkilişin aparılmasına dair məlumatın vurulması həmin yerlərə daxil olan şəxslərin çəkilişə razılığının əldə edilməsini ehtiva etmiş olur.

Bu görüntülərin və səs yazılarının həmin şəxslərin razılığı olmadan yayılmasına isə yalnız dövlət və ictimai maraqların təmin olunması məqsədilə yol verilir. Məhz bu əsaslara bağlı qəza, oğurluq və digər hadisələrin ictimailəşdirilməsi yolveriləndir".

Ali Məhkəmədən əlavə edilib ki, dövlət və ictimai maraqlar olmadığı halda razılığı olmadan barəsində məlumat yayılmış şəxs həmin məlumatın əldə edilməsi və yayılması ilə bağlı hüquqazidd əməllərə yol verən şəxslərə qarşı mülki qaydada şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldıra bilər.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...