Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır

Redaktor

24.01.2026 22:33
445

Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən ümumilikdə 0,74 ton həcmində hisə verilmiş və mişarvari krevetka idxal edib.

Rəsmi statistikaya əsasən, idxalın ümumi dəyəri 6,03 min ABŞ dolları təşkil edib ki, bu da mövcud məzənnə ilə 10 min 251 manat deməkdir.

Krevetka idxalı əsasən Farer adaları, Qrenlandiya və Yaponiyadan həyata keçirilib.

Belə ki, Farer adalarından 0,04 ton krevetka 0,3 min ABŞ dolları dəyərində gətirilib. Bu ölkədən idxal olunan məhsulun 1 kiloqramının qiyməti 7,5 dollar və ya 12,75 manat olub.

Ən böyük idxal payı isə Qrenlandiyaya məxsusdur. Bu ölkədən 0,7 ton krevetka 5,54 min ABŞ dolları dəyərində idxal edilib. Qrenlandiya mənşəli krevetkanın 1 kiloqramı 7,91 dollar və ya 13,45 manat təşkil edib.

Yaponiyadan isə 0,19 min ABŞ dolları dəyərində krevetka idxal olunsa da, bu ölkə üzrə idxalın həcmi açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycanda krevetkalar pərakəndə satış şəbəkələrində əsasən dondurulmuş krivetkalar 500 qr -1 kq  paketlər şəklində təqdim olunur. Marketlərdə bu məhsulun qiyməti 22,50 manatdan 34,50 manata qədər dəyişir. Bu isə kiloqram hesabı ilə 41,70-60 manat aralığında qiymət formalaşdığını göstərir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...