Redaktor
Azərbaycanda investorlar niyə risk almaq istəmir? - ŞƏRH
Bəzən investorlar bildirirlər ki, Azərbaycanda startapçılar investisiya üçün müraciət etdikdə, olduqca böyük məbləğ gözləyirlər. Məhz bu səbəbdən tərəflər arasında razılaşma baş tutmur. İnvestorlar hesab edir ki, ilkin mərhələdə olan və hələ bazara çıxmamış bir layihə üçün daha kiçik həcmdə investisiya istənilməlidir. Əks halda, ABŞ bazarında olduğu kimi milyonlarla dollar tələb olunması yerli reallıqla uyğun gəlmir və nəticədə həmin startap uğursuzluğa düçar ola bilər.
Bəs bu yanaşma nə qədər doğrudur? Azərbaycan startap bazarında həqiqətən də startapçılar real bazar imkanlarını nəzərə almadan yüksək məbləğli investisiya tələbləri ilə çıxış edirlərmi?
Mövzu ilə bağlı Valyuta.az-a danışan sahibkar Nicat Manafov bildirib ki, ölkədə risk kapitalı yatırmaq üçün zəruri şərtlərə malik olan investorlar demək olar ki, mövcud deyil:
"Bu isə innovativ layihələrin inkişaf imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Risk investoru olmaq üçün investorun müəyyən portfeli olmalı və bu portfelin müəyyən hissəsi - məsələn, 10%-i yüksək riskli, lakin potensial gəlirli sahələrə yönəldilməlidir. Belə investisiyalar isə xüsusilə startaplar üçün həyati əhəmiyyət daşıyır. Lakin Azərbaycanda fəaliyyət göstərən əksər investorlar daha çox daşınmaz əmlak, şadlıq sarayları, bina tikintisi və avtomobil alqı-satqısı kimi ənənəvi sahələrə sərmayə yatırırlar. Bu investorlar innovasiyaya maraq göstərmir və risk almaq istəmirlər. Məhz buna görə də onların startap ekosistemi haqqında səsləndirdikləri fikirlərin real dəyəri yoxdur".
N.Manafov deyir:
"Ənənəvi düşüncə tərzinə malik olan şəxslərin risk kapitalı və innovativ sahələr haqqında fikir bildirmələri doğru yanaşma deyil."Çünki bu şəxslər əsasən şərikli və qısa zamanda gəlir gətirən bizneslərə üstünlük verirlər. Halbuki startaplar uzunmüddətli perspektiv və yüksək risklə müşayiət olunan layihələrdir. Startap təsisçiləri bu cür yanaşmalardan təsirlənməməlidirlər. Yerli bazarda uyğun mühit yoxdursa, qlobal bazarlardakı investor imkanlarına fokuslanmaq daha doğrudur".
O, əlavə edib ki, hətta bazarda minlərlə perspektivli ideya olsa belə, risk kapitalına çıxış olmadığı üçün bu ideyalar həyata keçə bilmir, nəticədə isə investisiya cəlb etmək mümkünsüzləşir:
"Problemin həlli üçün iki əsas yol var: ya Azərbaycanda uğurlu startapçılar formalaşıb sonradan investor kimi bazara qayıtmalıdırlar, ya da dövlət bu sahəyə birbaşa müdaxilə edərək riskli layihələrə sərmayə yatırmalıdır. Lakin dövlət müdaxiləsinin nə qədər effektiv və ədalətli olacağı hələ də sual altındadır. Hazırda dövlətə məxsus yeganə fondlardan biri olan "Caucasus Ventures" fəaliyyət göstərsə də, onun şəffaflıq səviyyəsi və yerli startaplara ayırdığı investisiyalar sual altındadır. Fondun Azərbaycana sərmayə yatırmaması və fəaliyyəti ətrafında yaranan şübhələr, sektorda inamın azalmasına səbəb olur".
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər12 yaşlı qul uşağı vanilin 300 illik sirrini necə açdı?
21.06.2026Məqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026