Redaktor
Azərbaycanda Ümumdünya Şəhərsalma Forumu ilə bağlı vergi güzəştləri ola bilər
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılmış Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Müvafiq qanun layihəsinə əsasən, WUF13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrək, həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir. Bu azadolmalara aşağıdakılar aiddir:
- WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);
- qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma);
- qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);
- müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalı (ƏDV üzrə azadolma).
Bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci il sentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaq.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026