Redaktor
Bakıda 237 yeni mənzil kirayə yolu ilə satışa çıxarılır – aylıq ödəniş 925 manatdan
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakının Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 237 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
Valyuta.az Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 925 manatdan başlayır.
Yeni mənzillər seçim üçün aprelin 28-də, saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin "1549" Çağrı Mərkəzindən əldə etmək mümkündür.
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 9 306 kirayə müqaviləsi bağlanıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKaliforniyada 18 milyon ton "ağ qızıl" tapıldı: Bu, batareya bazarını dəyişə bilər
21.04.2026Azərbaycanda avtomobillərin icbari sığortası qaydası dəyişdirilir
21.04.2026Göyçayın bu kəndləri üçün 1,25 milyon manatlıq tender elan edildi
21.04.2026Bakıda 237 yeni mənzil kirayə yolu ilə satışa çıxarılır – aylıq ödəniş 925 manatdan
21.04.2026Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlandı
21.04.2026Onlar da güzəştli ipoteka krediti ala biləcəklər - Fərman
21.04.2026Hesablama Palatası 1,5 milyard manatdan çox nöqsan aşkarlayıb
21.04.2026Maliyyə hədəflərinə necə nail olmalı: qısamüddətli, ortamüddətli və uzunmüddətli strategiyalar
21.04.2026Rusiya bu il 22 ton qızıl satıb
21.04.2026“A-Qroup Sığorta” hansı banklarda nə qədər depozit yerləşdirib?
21.04.2026Bir-in də dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” uğurla başa çatdı ®
21.04.2026Sabiq deputatın şirkəti ləğv olundu
21.04.2026