"Bəzi bizneslər üçün mobil tətbiq yaratmaq yox, yaratmamaq daha ağıllı qərardır”
15.04.2026 10:21
380

"Bəzi bizneslər üçün mobil tətbiq yaratmaq yox, yaratmamaq daha ağıllı qərardır”

Famil Tağıyev
    MaxCreative şirkətinin rəhbəri

Bugünkü rəqəmsal dünyada mobil tətbiq hazırlanması bir çox şirkətin ilk baxışda ən prioritet qərarlarından biri kimi görünür. Rəhbərlər və marketinq komandaları düşünürlər ki, mobil tətbiq şirkətin imicini gücləndirəcək, müştərilər üçün yeni bir satış kanalı açacaq və rəqiblərdən fərqlənməyə imkan verəcək.

Amma sual buradadır: hər kəs mobil tətbiq hazırlatmalıdırmı?

Bəzən işin sonunda şirkətlər anlayır ki, hazırlanan tətbiq nə müştəri tərəfindən istifadə olunur, nə də biznesə real dəyər gətirir. Bu isə həm vaxt, həm də maliyyə itkisinə səbəb olur.

Mobil tətbiq nə zaman vacibdir?

Mobil tətbiq, xüsusən də aşağıdakı hallarda biznes üçün kritik bir alətə çevrilir:

•    Gündəlik istifadə zərurəti yaradan xidmətlərdə (məsələn: bankçılıq, çatdırılma, taksi və s.)
•    Daimi müştəri loyallığı yaratmaq lazım olduqda (loyallıq proqramları, bonus sistemləri, endirimlər).
•    Offline istifadə imkanı tələb edən hallarda (məsələn: təhsil, oyun və ya məhsul kataloqu).
•    Push bildirişləri ilə müştəriyə birbaşa çatmaq mümkün olduqda.

Əgər bu tələblərdən heç biri biznesinizə uyğun deyilsə, mobil tətbiq hazırlatmaq çox da səmərəli olmaya bilər.

Hansi bizneslər üçün mobil tətbiq daha çox effektivdir?

Mobil tətbiqlər bəzi sahələrdə sadəcə əlavə vasitə deyil, əsas satış və müştəri idarəetmə kanalı rolunu oynayır. Xüsusilə:

•    E-ticarət və marketlər – məhsul kataloqu, sürətli sifariş, çatdırılma izləmə və loyallıq sistemləri ilə müştəri rahatlığını artırır.
•    Pərakəndə geyim və aksesuar markaları – istifadəçilərə yeni kolleksiyaları ilk görmək, endirimlərdən xəbərdar olmaq və mobil alış-veriş imkanı yaradır.
•    Xidmət sektoru – taksi, çatdırılma və ya rezervasiya əsaslı xidmətlərdə mobil tətbiq müştəri ilə biznesin mərkəzində olur.
•    Bank və maliyyə – əməliyyatları 24/7 əlçatan edir, əlavə xidmətlərlə müştəri bağlılığını gücləndirir.
•    Sağlamlıq və fitness – fərdi məşq planları, izləmə sistemləri və motivasiya funksiyaları ilə istifadəçilərin gündəlik həyatının bir parçasına çevrilir.

Amma bu siyahı yekun deyil. Məsələn, mebel, qida və ya tam fərqli sahələrdə belə mobil tətbiqlər doğru strategiya ilə mühüm üstünlüklər qazandıra bilər.

Əsas məsələ budur: Mobil tətbiq sizin biznesinizin real ehtiyacına cavab verirmi və müştəriyə dəyər qatan bir kanala çevrilirmi? Bu sualı aydınlaşdırmağın ən effektiv yolu isə peşəkarlarla məsləhətləşməkdir.

Tətbiq prioritet olmayan biznes modelləri

•    hüquq xidmətləri
•    daşınmaz əmlak alqı-satqısı
•    təmir – usta xidmətləri

Mobil tətbiq hər biznes üçün uyğun deyil. Xüsusilə istifadə tezliyi aşağı olan, lokal və məhdud auditoriyaya xidmət edən, daxili rəqəmsal infrastrukturu zəif olan və müştəri ilə davamlı əlaqə modeli olmayan bizneslər üçün tətbiq prioritet deyil. Əsas meyar isə sadədir: Mobil tətbiq biznesin ehtiyacı ilə yox, müştərinin davranışı ilə ölçülməlidir.

Nəticə

Mobil tətbiq hazırlanması qərarı yalnız dəbdə olduğu üçün verilməməlidir. Bunun əvəzinə, biznesinizin real ehtiyaclarını, hədəf auditoriyanızın davranışlarını və uzunmüddətli faydanı nəzərə alaraq qərar vermək lazımdır. Əks halda, sonunda rəhbərin əməkdaşlarına etdiyi bir telefon zəngində dediyi kimi ola bilər: “Mobil app hazırladıq, amma heç kim istifadə etmir...”

Ən doğru yanaşma isə biznes ehtiyacına uyğun rəqəmsal həll seçməkdir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Qızılda itkilər bərpa olundu - Nəhəng bankdan rekord proqnoz

19.04.2026

“Storm Therapeutics” 56 milyon dollar investisiya aldı

18.04.2026

Ət idxalı artdı: Azərbaycan xaricdən nə qədər ət alıb?

18.04.2026

Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir

18.04.2026

Ucuz qızıllar saxtadır?

18.04.2026

Azərbaycan Bolqarıstana neft ixracını 65 % artırıb

18.04.2026

Xaricə fındıq satışından 68,6 milyon dollar gəlir əldə edilib

18.04.2026

Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb

18.04.2026

Köhnə telefonlar kəskin bahalaşır: Niyə onları kütləvi şəkildə alırlar?

18.04.2026

Trampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcək

18.04.2026

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

18.04.2026

Sabah Azərbaycanda hava necə olacaq?

18.04.2026

"Ford" bir milyondan çox avtomobilini geri çağırır

18.04.2026

General Müşfiq Məmmədov işdən çıxarıldı

18.04.2026

Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib

18.04.2026

Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - VİDEO

18.04.2026

Noutbuk istehsalı 27 dəfədən çox azaldı

18.04.2026

İşdə vaxtınız az olsa belə fasilə verməyin 5 yolu - SƏHƏR OXUSU

18.04.2026

Azərbaycanda makaron istehsalı yüksəlib

17.04.2026

Avropada avtomobil istehsalı "ölür": Ən böyük zavodlardan biri istehsalı dayandırır

17.04.2026

Məzənnə

Yüklənir...