Redaktor
Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub - YENİLƏNİB
Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
***
13:12
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək:
"Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik".
***
12:50
"Bakı Metropoliteni" QSC-nin əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
12:34
Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərHesablama Palatası 1,5 milyard manatdan çox nöqsan aşkarlayıb
21.04.2026Maliyyə hədəflərinə necə nail olmalı: qısamüddətli, ortamüddətli və uzunmüddətli strategiyalar
21.04.2026Rusiya bu il 22 ton qızıl satıb
21.04.2026“A-Qroup Sığorta” hansı banklarda nə qədər depozit yerləşdirib?
21.04.2026Bir-in də dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” uğurla başa çatdı ®
21.04.2026Sabiq deputatın şirkəti ləğv olundu
21.04.2026
Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub - YENİLƏNİB
21.04.2026Birbank və Visa ilə “FIFA Dünya Çempionatı 2026”nın final oyununda iştirak şansı qazanın ®
21.04.2026Azərbaycanda 2 bankda əhalinin əmanətləri azalıb
21.04.2026E-saglam.az 5 yaşında
21.04.2026AYNA: Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırılır
21.04.2026Kiloqramı 28 manat: Azərbaycanın ən bahalı mavi pendir idxalı bu ölkədəndir
21.04.2026Adi mətbəx süngəri ilə başlayan startap milyonluq biznesə çevrildi
21.04.2026Şuşada 29 milyon manata 7 yeni yaşayış binası tikiləcək
21.04.2026