Redaktor
E-saglam.az 5 yaşında
Artıq 5 ildir ki, E-saglam.az sağlamlıq, tibb və qida sahəsində oxucularına etibarlı və elmi əsaslı məlumatlar təqdim edir. Platforma fəaliyyətə başladığı ilk gündən dəyişməyən əsas məqsədinə sadiq qalaraq insanlara faydalı, düzgün və maarifləndirici məlumatların çatdırılmasını prioritet kimi müəyyən edib.
İlk olaraq sadə bir sayt kimi fəaliyyətə başlayan E-saglam.az bu gün tibb və sağlamlıq sahəsində geniş funksiyalı platformaya çevrilib. Fəaliyyət dairəsini genişləndirən layihə istifadəçilər üçün daha praktik və faydalı imkanlar yaradıb. Hazırda platformada “Həkimlər”, “Vakansiyalar”, “Dərmanlar” və “Video müsahibələr” bölmələri fəaliyyət göstərir. Bu bölmələr həm mütəxəssislər, həm də istifadəçilər üçün daha rahat və dəyərli mühit formalaşdırmağa xidmət edir.
Saytda yayımlanan hər bir məqalə və paylaşım məsuliyyət prinsipi və insan sağlamlığına hörmət əsasında hazırlanır. Son aylarda isə platforma fəaliyyətini daha da genişləndirərək YouTube kanalını aktivləşdirib. Kanalda “Sağlam söhbət” podkastı, “Sağlam dəqiqə” və “Faydalı” rubrikaları yayımlanır. Bununla yanaşı, sosial şəbəkələrdə də maarifləndirici videolar paylaşılaraq daha geniş auditoriyaya çıxış təmin edilir.
Bu gün E-saglam.az yalnız xəbər saytı deyil, eyni zamanda sağlam düşüncə və həyat tərzini təşviq edən güclü platforma kimi fəaliyyət göstərir. Qarşıdakı mərhələdə isə yeni layihələr və əməkdaşlıqlarla bu istiqamətdə daha böyük addımların atılması planlaşdırılır.
Qeyd edək ki, layihənin əsası fərdi təşəbbüs olaraq qoyulub və bütün mərhələlərdə çətinliklərə baxmayaraq inamla inkişaf etdirilib.
Valyuta.az olaraq həmkarlarımızı bu uğur münasibətilə təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərRusiya bu il 22 ton qızıl satıb
21.04.2026“A-Qroup Sığorta” hansı banklarda nə qədər depozit yerləşdirib?
21.04.2026Bir-in də dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” uğurla başa çatdı ®
21.04.2026Sabiq deputatın şirkəti ləğv olundu
21.04.2026
Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub - YENİLƏNİB
21.04.2026Birbank və Visa ilə “FIFA Dünya Çempionatı 2026”nın final oyununda iştirak şansı qazanın ®
21.04.2026Azərbaycanda 2 bankda əhalinin əmanətləri azalıb
21.04.2026E-saglam.az 5 yaşında
21.04.2026AYNA: Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırılır
21.04.2026Kiloqramı 28 manat: Azərbaycanın ən bahalı mavi pendir idxalı bu ölkədəndir
21.04.2026Adi mətbəx süngəri ilə başlayan startap milyonluq biznesə çevrildi
21.04.2026Şuşada 29 milyon manata 7 yeni yaşayış binası tikiləcək
21.04.2026