Banklar hansı müştərilərə kredit vermir?

Redaktor

16.04.2026 11:45
427

Banklar hansı müştərilərə kredit vermir?

Bankdan kredit almaq çoxları üçün sadəcə maliyyə əməliyyatı kimi görünsə də, əslində bu proses qarşılıqlı etibara əsaslanır. Maliyyə qurumları üçün kredit vermək yalnız vəsait ayırmaq deyil, eyni zamanda gələcək riskləri düzgün qiymətləndirmək deməkdir. Bu səbəbdən hər bir müraciət diqqətlə təhlil olunur və qərar yalnız rəqəmlərə deyil, daha geniş çərçivədə müxtəlif amillərə əsaslanır.

Bəs banklar hansı müştərilərə kredit vermir?

İqtisadçı Günay Hüseynova Valyuta.az-a bildirib ki, bank üçün əsas məsələ verilən kreditin vaxtında və tam məbləğdə geri ödənilməsidir. Məhz buna görə də kredit müraciətlərinə baxılarkən ilk olaraq şəxsin mövcud maliyyə vəziyyəti qiymətləndirilir:

“Bu zaman əsasən yaş faktoru, şəxsin hazırda işləyib-işləmədiyi, rəsmi gəlirinin olub-olmaması, eləcə də girov qoya biləcəyi əmlakının mövcudluğu kimi amillər nəzərə alınır. Şəxsin hazırda işləməsi ilə yanaşı, həmin iş yerində nə qədər müddətdir çalışdığı da mühüm meyarlardan hesab olunur. Eyni zamanda, müraciət edən şəxsin aktiv kredit öhdəlikləri də araşdırılır. Əgər mövcud kredit ödənişləri aylıq gəlirin 40-50 faizini keçirsə, həmin şəxsin kredit alma ehtimalı yoxdur. Banklar kredit tarixçəsinə də xüsusi diqqət yetirir. Əgər şəxs əvvəlki kreditlərini gecikdiribsə, faiz borcu yaranıbsa və ya məsələ məhkəmə predmetinə çevrilibsə, yenə də şəxsin kredit alması mümkünsüzdür. Belə şəxslər banklardan daha çox digər bank olmayan kredit təşkilatlarına müraciət edirlər. Həmin qurumlarda isə şərtlər fərqli olur".

"Böyük məbləğli kreditlər zamanı girov məsələsi də əsas şərtlərdən biridir. Şəxsin girov qoyduğu daşınar və ya daşınmaz əmlakın dəyərinin götürülən kredit məbləğini qarşılaması vacib hesab edilir. Zaminlik hallarında isə zamin olan şəxsin maliyyə vəziyyəti ayrıca qiymətləndirilir. Onun aktiv kreditlərinin olub-olmaması, kredit yükünün müəyyən limiti keçib-keçməməsi, gecikmə tarixçəsi, aylıq gəliri və digər göstəricilər nəzərdən keçirilir” – deyə iqtisadçı bildirib.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda avtomobillərin icbari sığortası qaydası dəyişdirilir

21.04.2026

Göyçayın bu kəndləri üçün 1,25 milyon manatlıq tender elan edildi

21.04.2026

Bakıda 237 yeni mənzil kirayə yolu ilə satışa çıxarılır – aylıq ödəniş 925 manatdan

21.04.2026

Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlandı

21.04.2026

Onlar da güzəştli ipoteka krediti ala biləcəklər - Fərman

21.04.2026

Hesablama Palatası 1,5 milyard manatdan çox nöqsan aşkarlayıb

21.04.2026

Maliyyə hədəflərinə necə nail olmalı: qısamüddətli, ortamüddətli və uzunmüddətli strategiyalar

21.04.2026

Rusiya bu il 22 ton qızıl satıb

21.04.2026

“A-Qroup Sığorta” hansı banklarda nə qədər depozit yerləşdirib?

21.04.2026

Bir-in də dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” uğurla başa çatdı ®

21.04.2026

Sabiq deputatın şirkəti ləğv olundu

21.04.2026
Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub

Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub - YENİLƏNİB

21.04.2026

Birbank və Visa ilə “FIFA Dünya Çempionatı 2026”nın final oyununda iştirak şansı qazanın ®

21.04.2026

Azərbaycanda 2 bankda əhalinin əmanətləri azalıb

21.04.2026

E-saglam.az 5 yaşında

21.04.2026

AYNA: Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırılır

21.04.2026

Kiloqramı 28 manat: Azərbaycanın ən bahalı mavi pendir idxalı bu ölkədəndir

21.04.2026

Adi mətbəx süngəri ilə başlayan startap milyonluq biznesə çevrildi

21.04.2026

Şuşada 29 milyon manata 7 yeni yaşayış binası tikiləcək

21.04.2026
“Paşa Bank”da təhlükəli kreditlər 4 dəfəyə yaxın artıb

“Paşa Bank”da təhlükəli kreditlər 4 dəfəyə yaxın artıb

21.04.2026

Məzənnə

Yüklənir...