Redaktor
Banklarda filial müdirlərinin çoxu niyə kişilərdir?
"Kredit sahəsində çalışan qadınların sayı az olduğundan, sonradan filial müdiri vəzifəsinə yüksələn qadınların sayı da kifayət qədər məhdud olur".
Bunu Valyuta.az-a müsahibəsində müxtəlif illərdə “AccessBank” və “Rabitəbank”da İnsan Resursları Departamentinin direktoru vəzifəsində çalışmış Fəzilə Əsgərova deyib:
Onun sözlərinə görə, bank sektorunda ümumi işçi sayında kişilərin üstünlük təşkil etməsi əsasən bəzi vəzifələrin xüsusiyyətləri ilə bağlıdır.
“Kredit sahəsində çalışan əməkdaşlar gün ərzində müştərilərlə yerində görüşür, müxtəlif biznes obyektlərinə baş çəkir və sahədə aktiv fəaliyyət göstərirlər. Bu iş rejimi hər kəs üçün uyğun olmaya bilər və təcrübədə görürük ki, bir çox qadın namizəd bu istiqamətə maraq göstərmir. Bununla belə, banklarda heç bir vəzifə cinsə görə müəyyən edilmir və seçim namizədlərin öz maraq və imkanlarından asılı olur”.

"Filial müdiri olmaq üçün əməkdaşın ən azı kredit mütəxəssisi kimi çalışması vacibdir. Məhz buna görə də kredit sahəsində çalışan qadınların sayı az olduğundan, sonradan filial müdiri vəzifəsinə yüksələn qadınların sayı da kifayət qədər məhdud olur. Qadın əməkdaşlar daha çox arxa ofis, əməliyyatlar, sənədləşmə və müştəri xidməti istiqamətlərində təmsil olunurlar", - deyə F.Əsgərova vurğulayıb.
MÜSAHİBƏNİN TAM MƏTNİNİ BURADAN OXUYUN.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
“Kredit sahəsində çalışan qadınlar azdır deyə, bankların filial müdirləri daha çox kişilərdir” - MÜSAHİBƏ
“İnsanlar düşünür ki, hadisə baş verən kimi sığorta şirkəti ödəniş etməlidir” - Müsahibə
500 manatla öz brendini yaradan gəncəli oğlan - Müsahibə
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026