Redaktor
Bayram günlərində bölgə otellərində QİYMƏTLƏR
Yeni il bayramı yaxınlaşdıqca vətəndaşların bölgələrə üz tutması müşahidə olunur. Bir qisim bayramı ailə mühitində keçirməyə üstünlük versə də, digərləri Yeni ili otel istirahəti, qala gecələri, canlı musiqi və bayram proqramları ilə qarşılamağı seçir. Bu səbəbdən hər il olduğu kimi bu il də ölkənin müxtəlif bölgələrində yerləşən otellərdə Yeni il paketlərinə maraq artıb. Bəs Yeni ili bölgələrdə qarşılamaq neçəyə başa gəlir?
Valyuta.az bölgə otellərində təqdim olunan bayram paketlərini və qiymətləri araşdırıb.
Qarabağ bölgəsi
Qarabağ Otel
31 dekabr giriş 2 yanvar çıxış
(2 gecə / 2 nəfər)
Ümumi qiymət: 500 AZN
Paketə 31 dekabr tarixində canlı musiqili şou proqramı və qala gecəsi şam yeməyi daxildir. Tədbir çərçivəsində tar və kaman ifası, DJ Leo & LEO-nun performansları, eləcə də atəşfəşanlıq şousu təqdim olunur.
1 yanvar səhər yeməyi, axşam isə canlı musiqi proqramı təşkil edilir.
2 yanvar səhər yeməyindən sonra çıxış nəzərdə tutulur.
Ulus Otel (Xankəndi)
2 nəfər (səhər yeməyi daxil) – 140 AZN
4 nəfər (səhər yeməyi daxil) – 280 AZN
Cahan Otel (Xankəndi)
2 nəfərlik otaqlar üzrə:
1 gecə / 2 gün – 360 AZN
2 gecə / 3 gün – 640 AZN
3 gecə / 4 gün – 920 AZN
Paketə qala gecəsi, canlı musiqi, DJ performansı, şou proqram və bayrama özəl menyu daxildir.
Qəbələ rayonu
Yeddi Gözəl Otel
31 dekabr tarixi üçün 2 nəfərlik gecələmə paketi 320 AZN-ə təqdim olunur.
Paketə səhər yeməyi, fitnes və sauna, qala gecəsində yeməklər və içkilər, əyləncə və şou proqramı, Şaxta baba və Qar qızın iştirakı, eləcə də atəşfəşanlıq daxildir.
Qəbələ Garden Ootel
31 dekabr - 2 yanvar
(2 nəfərlik standart otaq)
Qiymət: 986 AZN
Qiymətə səhər yeməyi, spa xidmətləri və qala gecəsində axşam yeməyi daxildir.
Tufandağ Otel – Qəbələ
1699 AZN-dən başlayan qiymətlərlə
(2 gecə / 2 nəfər)
Paketə səhər yeməyi, bayram qala şam yeməyi, əyləncə proqramı, SPA və sağlamlıq mərkəzi (türk hamamı, buxar otağı, fitnes zalı) daxildir.
İsmayıllı rayonu
İsmayıllı Resort Otel
31 dekabr - 2 yanvar
(3 gün / 2 gecə)
Qiymət: 550 AZN
Qiymətə səhər yeməyi, bayrama özəl şam yeməyi, qala gecəsi, şou proqram, canlı musiqi, sauna, hamam və şok hovuz daxildir.
Şəki rayonu
Şəki Palace Otel
2 gecə / 3 gün
(2 nəfər)
Qiymət: 660 AZN
Paketə qala gecəsi, canlı musiqi, DJ party, Şaxta baba və Qar qız, səhər yeməyi, türk hamamı, qapalı hovuz və fitness daxildir.
Marxal Resort & Spa
Yeni il qala gecəsi üçün minimal rezervasiya 2 gecədir.
2 nəfərlik otaqlar üzrə:
Standard eyvansız – 1600 AZN
Standard eyvanlı – 1600 AZN
Deluxe Suite – 1680 AZN
Corner Suite – 1740 AZN
Marxal Suite – 1800 AZN
Executive Suite – 2680 AZN
Couple Villa – 1740 AZN
4 nəfərlik seçimlər:
Ambassador Suite – 3340 AZN
Standard Villa – 2860 AZN
Qiymətə səhər yeməyi, 31 dekabr qala gecəsi, canlı musiqi, əyləncə proqramı, uşaq zonası və müəyyən spa xidmətləri daxildir.
0–2 yaş ödənişsiz, 3-11 yaş - 335 AZN, 12 yaşdan yuxarı-355 AZN.
Quba rayonu
Şahdağ Truskavets
31 dekabr - 2 yanvar
(1 nəfər)
Qiymət: 290 AZN
Qiymətə günorta yeməyi, 31 dekabr qala gecəsi (banket menyusu), 1 yanvar səhər, günorta və axşam yeməkləri, 2 yanvar səhər yeməyi daxildir.
Əlavə olaraq qapalı aquapark, açıq və qapalı hovuzlar, spa, sauna, türk hamamı, kitabxana və Kids Club xidmətləri təqdim olunur. Qala gecəsində canlı musiqi və spirtli, spirtsiz içkilər daxildir.
Təngəaltı Resort
31 dekabr – 2 yanvar:
Ekonom otaq (2 nəfər) – 500 AZNStandart otaq (2 nəfər) – 550 AZN
Jakuzili otaq (2 nəfər) – 750 AZN
Paketə 2 gecə qonaqlama, yeni il şənliyi, 31 dekabr şam yeməyi, 1 və 2 yanvar səhər yeməyi, canlı musiqi, DJ xidməti, Şaxta baba və Qar qız, atəşfəşanlıq, qapalı hovuz, sauna, idman zalı və stolüstü tennis daxildir.
Qusar rayonu
Deluxe Park Qusar
31 dekabr – 2 yanvar:
2 nəfər – 1160 AZN
4 nəfər – 1820 AZN
Qiymətə 31 dekabr qala gecəsi və şou proqram, 1 və 2 yanvar səhər yeməyi, spa xidmətləri və gecələmə daxildir.
Gəncə şəhəri
Premium Hotel
Standart otaqlar:
1 nəfər – 90 AZN
2 nəfər – 110 AZN
3 nəfər – 130 AZN
Delüks otaqlar:
1 nəfər – 100 AZN
2 nəfər – 120 AZN
Suit otaqlar (1–2 nəfər) – 170 AZN
Əlavə yataq:
0–5 yaş – ödənişsiz, 6–11 yaş – 10 AZN, 12 yaşdan yuxarı – 20 AZN.
Səhər yeməyi (açıq bufet) qiymətə daxildir.
Giriş 14:00, çıxış 12:00-dəkdir.
Sərvanə Rəmixanova