Redaktor
Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi ®
Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir, gənclərin innovativ ideyalarını real həllərə çevirmək məqsədilə həyata keçirdiyi “Spark Tələbə İnnovasiya Proqramı”nı uğurla yekunlaşdırıb.
Beş ay davam edən proqramın final mərhələsində 9 komanda öz məhsul və həllərini münsiflər heyətinə təqdim edib. Finala qədər iştirakçılar Bir ekosisteminin məhsul sahiblərindən mentorluq dəstəyi alıb və fərqli mövzularda təlimlər keçiblər.
Bir ekosisteminin yerli innovasiya laboratoriyası Future Lab-da təşkil olunan finalda münsiflərin qiymətləndirməsinə əsasən, ən innovativ həllər təklif edən üç komanda qalib adını qazanaraq pul mükafatları ilə təltif olunublar. Birinci yerə “KəndYol” komandası (4000 AZN), ikinci yerə “AEVIC Esports” komandası (2000 AZN), üçüncü yerə isə “Booker” komandası (1000 AZN) layiq görülüb.
İlk yerin qalibi olan “KəndYol” aqrar sahədə istehsalçılar və istehlakçılar arasında əlaqələrin daha səmərəli qurulmasına yönəlmiş həllə çıxış edib. Layihənin sosial təsir potensialı və davamlı inkişaf perspektivləri nəzərə alınaraq, komanda münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb.
İkinci yerin sahibi “AEVIC Esports” gənclərin inkişafına və ölkədə esports (kiberidman) ekosisteminin gücləndirilməsinə istiqamətlənmiş yanaşması ilə fərqlənib. Bu layihənin məqsədi yeni istedadların kəşf edilməsi və onların peşəkar və karyera inkişafı, o cümlədən ümumilikdə esports mədəniyyətinin aşılanmasını dəstəkləməkdir.
Son olaraq, “Booker” komandasının irəli sürdüyü layihə bilik və mütaliə resurslarının daha əlçatan və səmərəli şəkildə paylaşılmasını, oxu mədəniyyətinin inkişafını və geniş oxucu icmasını bir araya gətirməyi hədəfləyir. Layihənin cəmiyyətə müsbət sosial təsir potensialı münsiflər heyəti tərəfindən üçüncü yer ilə dəyərləndirilib.
Bununla yanaşı, finalda iştirak edən 9 komandanın bütün üzvləri Bir ekosisteminin müxtəlif bizneslərində təcrübə proqramına qəbul olunublar. Məqsəd yeni texnologiya və innovasiyalara marağı olan gəncləri bir araya gətirmək, onların karyera və inkişafını stimullaşdırmaq, real iş mühitində praktik təcrübə imkanı yaratmaqdır.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Kimlər banklarda rəhbər vəzifə tuta bilməz?
25.06.2026"Meta" mühəndislərə süni intellekt layihələrində seçim azadlığı verdi
25.06.2026Sabah hava necə olacaq?
25.06.2026Elmlərin ən işlək küçəsində hazır restoran icarəyə verilir
25.06.2026"Volkswagen"dən 7.4 milyard avroluq satış
25.06.2026Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi ®
25.06.2026"BlackRock" rəsmisi: "Bitcoin" üçün ən böyük rəqib süni intellektdir"
25.06.2026
Azərbaycandakı bankların qaynar xətt nömrələri - Tam siyahı
25.06.2026"MFX-Trading İnvestisiya Şirkəti"nin dövriyyəsi 43,2 milyon manat azalıb
25.06.2026ABB ilə "m10" arasında pul köçürmələri dayandırılıb
25.06.2026Mərkəzi Bank kredit götürmək qaydalarını dəyişir
25.06.2026Mayda bank sektorunda çalışanların sayı 15 nəfər azalıb
25.06.2026Bankların xalis mənfəəti 126.4 mln. manat artıb
25.06.20265 ayda ən çox yığım edən sığorta şirkətləri - RENKİNQ
25.06.2026Necə edək ki, çox işləməyimiz ailədə problem yaratmasın?
25.06.2026Dünya avtomobil sənayesində azərbaycanlı imzası - avtomobil dizayneri Orxan Babayev ilə MÜSAHİBƏ
25.06.2026