Kənd məktəbindən Silikon Vadisinə: türk gənc təhsili necə milyardlarla dollarlıq biznesə çevirdi?

Redaktor

25.06.2026 08:30
123

Kənd məktəbindən Silikon Vadisinə: türk gənc təhsili necə milyardlarla dollarlıq biznesə çevirdi?

XXI əsrin əvvəlində internet artıq dünyanın hər yerinə yayılmağa başladı. Texnologiya nəhəngləri insanların ünsiyyət, alış-veriş və əyləncə vərdişlərini dəyişdirirdi. Lakin həmin dövrdə təhsil hələ də ənənəvi sinif otaqlarının və bahalı kursların sərhədləri daxilində qalırdı. Dünyanın ən yaxşı müəllimlərinə çatmaq milyonlarla insan üçün əlçatmaz görünürdü. Məhz belə bir dövrdə Türkiyənin kiçik bir kəndində böyüyən gənc bir tələbə bu sistemi dəyişdirmək qərarına gəldi.

Bu, gəncin nə zəngin ailəsi, nə böyük sərmayəsi, nə də texnologiya dünyasında güclü əlaqələri var idi. Onun əlində olan yeganə şey öyrənmək həvəsi və internetin sərhədsiz imkanlarına olan inamı idi. İllər sonra isə həmin ideya dünyanın ən böyük onlayn təhsil platformalarından birinə çevrildi.

Bəs Malatyanın kiçik kənd məktəbində təhsil alan Eren Bali necə oldu ki, Silikon Vadisində milyardlarla dollar dəyərində şirkət qurmağı bacardı?

Valyuta.az xəbər verir ki, bu uğur hekayəsinin baş qəhrəmanı "Udemy" platformasının həmtəsisçisi Eren Balidir. Malatyada anadan olan Bali təhsil həyatına cəmi bir sinif otağı olan kənd məktəbində başlayıb. Məhdud imkanlara baxmayaraq, o, qısa müddətdə riyaziyyata xüsusi maraq göstərərək fərqlənməyi bacarıb.

Sonrakı illərdə fənn liseyinə qəbul olunan Bali beynəlxalq riyaziyyat olimpiadalarında uğur qazanaraq diqqət çəkməyə başlayıb. Lakin onun həyatındakı ən böyük dönüş nöqtəsi universitet illərində kompüter və internetlə tanış olması olub. ODTÜ-də kompüter mühəndisliyi təhsili alan gənc tələbə internetin insanlara təqdim etdiyi imkanların gələcəkdə bütün dünyanı dəyişəcəyinə inanırdı.

Dünyanın milyonlarla insanını bir araya gətirəcək layihənin əsasını təşkil edən fikir...

Universitet illərində dostu Oktay Çağlar ilə birlikdə ilk layihələrini hazırlayan Bali bir sıra uğursuzluqlarla üzləşdi. Onların qurduğu platformalar gözlənilən nəticəni vermədi. Lakin bu uğursuzluqlar onu geri addım atmağa məcbur etmədi.

Əksinə, hər uğursuzluq yeni bir problemi görməyə imkan yaradırdı. Bali başa düşdü ki, internet yalnız məlumat paylaşmaq üçün deyil, həm də insanların biliklərini bir-birinə ötürməsi üçün istifadə oluna bilər. Bu fikir sonradan dünyanın milyonlarla insanını bir araya gətirəcək layihənin əsasını təşkil etdi.

57 investorun "yox" cavabı onu dayandıra bilmədi

Eren Bali və tərəfdaşları dünyanın istənilən nöqtəsində yaşayan insanların internet vasitəsilə dərs keçə biləcəyi bir sistem qurmaq qərarına gəldilər. Lakin ideyanın həyata keçirilməsi asan olmadı. Onlarla investorun qapısını döydülər və ard-arda rədd cavabları aldılar.

Layihə ilkin mərhələdə 57 investor tərəfindən qəbul edilmədi. Buna baxmayaraq, Bali Silikon Vadisinə köçərək layihəni inkişaf etdirməyə davam etdi və nəhayət ilk investisiyanı cəlb etməyə nail oldu.

2010-cu ildə fəaliyyətə başlayan "Udemy" qısa müddətdə sürətlə böyüdü. Platforma müəllimlərə öz kurslarını yaratmaq, tələbələrə isə dünyanın istənilən yerindən təhsil almaq imkanı verdi.

Milyonlarla insanın təhsil anlayışını dəyişdi

Bir vaxtlar kənd məktəbində təhsil alan Eren Bali sonradan milyonlarla insanın təhsil alma üsulunu dəyişən platformanın qurucularından birinə çevrildi. "Udemy" yüz minlərlə kurs və milyonlarla istifadəçi ilə onlayn təhsil bazarının ən böyük oyunçularından biri oldu. Bu hekayə göstərir ki, böyük ideyaların yaranması üçün həmişə böyük şəhərlərdə doğulmaq və ya zəngin imkanlara sahib olmaq lazım deyil. Bəzən bir kənd məktəbində başlayan maraq, düzgün istiqamətləndirildikdə qlobal biznes imperiyasına çevrilə bilir. Eren Balinin hekayəsi də məhz bunun ən parlaq nümunələrindən biri hesab olunur.

Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bankların xalis mənfəəti 126.4 mln. manat artıb

25.06.2026

5 ayda ən çox yığım edən sığorta şirkətləri - RENKİNQ

25.06.2026

Necə edək ki, çox işləməyimiz ailədə problem yaratmasın?

25.06.2026

Azərbaycanda təhsilini yarımçıq qoydu, hazırda Almaniya şirkətində avtomobil dizayneridir

25.06.2026
"Xalq Bank"ın 5 növ Visa kartı var - 8 manatdan 400 manatadək...

"Xalq Bank"ın 5 növ Visa kartı var - 8 manatdan 400 manatadək...

25.06.2026

Kənd məktəbindən Silikon Vadisinə: türk gənc təhsili necə milyardlarla dollarlıq biznesə çevirdi?

25.06.2026

Türkiyənin 2035-ci il hədəfi: 200 milyard dollarlıq investisiya

24.06.2026

Çin ABŞ-ı geridə qoydu: Superkompüter yarışında lider dəyişdi

24.06.2026

Avtoekspertlər bu 6 lüks avtomobili almağa qarşı xəbərdarlıq edirlər

24.06.2026

Robotlar içəridə, işçilər kənarda: Avtomobil nəhəngində böyük narazılıq

24.06.2026

Uğur qazanmaq üçün sahibkarların bilməli olduğu məqamlar

24.06.2026

Bütün zamanların ən böyük 10 satış mütəxəssisi

24.06.2026

Meta rekord gəlirdən sonra altı rəhbərə yüz milyonlarla dollarlıq opsion verdi, 8 min işçini ixtisar etdi

24.06.2026

Bir çox banka məxsus kartlardan vəsait silinir: SƏBƏB AÇIQLANDI - YENİLƏNİB

24.06.2026

"Süni intellekt dövründə insanın ən böyük üstünlüyü onun proqnozlaşdırıla bilməməsidir"

24.06.2026

"Bitcoin"də fırtına öncəsi səssizlik? - Mütəxəssislərdən yeni proqnoz

24.06.2026

Bakıda inzibati bina 8,9 milyon manata təmir ediləcək

24.06.2026

Ölkəmizdə keçirilən Biznes Liderləri Zirvəsi uğurla yekunlaşdı!

24.06.2026
"AccessBank"ın kredit kartı neçə min manat təklif edir?

"AccessBank"ın kredit kartı neçə min manat təklif edir?

24.06.2026

İnvestorun portfel gəlirliliyini azaldan 5 səhv

24.06.2026

Məzənnə

Yüklənir...