Bu iki sahədə verilən kreditlərin həcmi 2 mlrd. manatdan çox olub

Redaktor

05.04.2026 14:02
58

Bu iki sahədə verilən kreditlərin həcmi 2 mlrd. manatdan çox olub

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda biznes kreditlərinin ümumi həcmi 16 milyard 058,0 milyon manat təşkil edib.

Valyuta.az xəbər verir ki, sənaye və kənd təsərrüfatı sahələrinə yönəldilən kreditlərin məbləği 2 milyard manatı ötüb.

Hesabat dövründə sənaye sahəsinə verilən kreditlərin həcmi 2 milyard 737,8 milyon manat olub. Bu, 2025-ci ilin 2 milyard 702,4 milyon manatı ilə müqayisədə 35,4 milyon manat və ya 1,31% artıb.

Kənd təsərrüfatı sahəsində isə artım daha yüksək olub. 2026-cı ilin ilk iki ayında bu sahəyə yönəldilən kreditlərin həcmi 2 milyard 070,7 milyon manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə kənd təsərrüfatına verilən kreditlər 1 milyard 781,8 milyon manat olub. Beləliklə, sektor üzrə kreditlər illik müqayisədə 288,9 milyon manat və ya 16,2% artıb.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...