Redaktor
Bu pullar sabahdan etibarən kartınızdan çıxılacaq
Oktyabr-aprel ayları aralığında NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş əməliyyatları zamanı silinməmiş vəsaitlərin 06.04.2026-cı il tarixindən etibarən mərhələli şəkildə silinməsinə başlanılacaq və ictimai nəqliyyatdan istifadə zamanı müvəqqəti məhdudiyyətlər aradan qaldırılacaqdır.
Valyuta.az xəbər verir ki, bu barədə “Bakı Kart” məlumat yayıb.
“Ödəniş əməliyyatları dərhal icra edilsə də, vəsaitin silinməsi ilə bağlı bildirişlər sizə gecikmə ilə (bir neçə saat və ya gün sonra) təqdim oluna bilər. Bu səbəbdən bəzi hallarda qeyd olunan bank kartlarına ictimai nəqliyyat ödənişləri üzrə müvəqqəti məhdudiyyət tətbiq olunur.
Xahiş edirik, bank kartlarınızda ödəniş əməliyyatları üçün kifayət qədər vəsait saxlayasınız. Borc məbləği hesabınızdan silindikdən sonra bu məhdudiyyət aradan qaldırılacaq və bank tərəfindən sizə bildiriş təqdim olunacaqdır. Silinən məbləğləri bankınızın kart tarixçəsində görə biləcəksiniz. Sual yarandığı halda Bakıkartın *4343 qaynar xəttinə müraciət edə biləriniz. Anlayışınız üçün təşəkkür edirik”, - deyə məlumatda qeyd edilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu pullar sabahdan etibarən kartınızdan çıxılacaq
05.04.2026"Liderlər menecerdən çox bağban rolunu yerinə yetirir"
05.04.2026Bu iki sahədə verilən kreditlərin həcmi 2 mlrd. manatdan çox olub
05.04.2026Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
05.04.2026Bu narahatedici 70% qaydası sizi daha güclü investor edə bilər
05.04.2026"Samsung" bu il məşhur smartfonlara dəstəyi dayandıracaq - SİYAHI
05.04.2026Maaş danışıqları üçün 3 əsas ekspert tövsiyəsi
05.04.2026Azərbaycana ədədi 43 qəpikdən güllər idxal olunub
05.04.202619 yaşında təsadüfən biznes öyrəndi, ilk ildə milyon dollarlıq şirkətə rəhbərlik etdi - SƏHƏR OXUSU
05.04.2026