Redaktor
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Piyadalar üçün gözlənilməz risk mənbəyinə çevrilən skuterlər yol hərəkətində yeni qaydalar və məsuliyyət məsələsini gündəmə gətirib.
Valyuta.az Xəzər TV-yə istinadla xəbər verir ki, son dövrlərdə skuter kimi kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edənlərin sayında kəskin artım müşahidə olunur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, bu nəqliyyat vasitələri səssiz və sürətli hərəkət etdiyi üçün piyadalar üçün ciddi təhlükə yaradır. Nəqliyyat eksperti Yasin Mustafayev isə qeyd edib ki, skuterlərə marağın artması sevindirici hal olsa da, qayda pozuntularının çoxalması qəza riskini kəskin yüksəldir.
Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərinə əsasən kiçik elektik nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla, eyni zamanda, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etməsi qadağandır. Belə hal aşkarlandığı təqdirdə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Liderlər menecerdən çox bağban rolunu yerinə yetirir"
05.04.2026Bu iki sahədə verilən kreditlərin həcmi 2 mlrd. manatdan çox olub
05.04.2026Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
05.04.2026Bu narahatedici 70% qaydası sizi daha güclü investor edə bilər
05.04.2026"Samsung" bu il məşhur smartfonlara dəstəyi dayandıracaq - SİYAHI
05.04.2026Maaş danışıqları üçün 3 əsas ekspert tövsiyəsi
05.04.2026Azərbaycana ədədi 43 qəpikdən güllər idxal olunub
05.04.202619 yaşında təsadüfən biznes öyrəndi, ilk ildə milyon dollarlıq şirkətə rəhbərlik etdi - SƏHƏR OXUSU
05.04.2026