Redaktor
Dövlət mənzil fonduna aid binalar təmir olunacaq - 49 milyonluq layihə
Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC fevral ayında ümumi dəyəri 49 milyon 96 min 777 manat olan 2 tender elan edib.
Valyuta.az xəbər verir ki, elan edilən tenderlərdən biri Bakı şəhərinin Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmir işlərinin satın alınması ilə bağlıdır. Bu tender üzrə ehtimal olunan qiymət 23 milyon 986 min 64 manat təşkil edir. Sözügedən tender üçün müraciətlərin son tarixi 7 aprel olaraq müəyyən edilib.
İkinci tender isə Bakı şəhərinin Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmir işlərinin satın alınmasını əhatə edir. Bu tenderin ehtimal olunan dəyəri isə 25 milyon 110 min 711 manatdır.
Müsabiqə 6 aprel tarixinədək davam edəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC-nin qanuni təmsilçisi Abit Əliyev Sadıq oğludur.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026