Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır

Redaktor

23.06.2026 15:02
118

Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır

Süni intellekt, dövlətin iqtisadiyyatda artan rolu və qlobal texnoloji sürət biznes dünyasında yeni transformasiya mərhələsi yaradır.

Valyuta.az xəbər verir ki, bunu Future Bright Group-un təsisçisi Akan Abdula Bakıda keçirilən Biznes Liderləri Zirvəsində çıxışı zamanı bildirib.

Akan Abdula qeyd edib ki, dünya iqtisadi sistemi artıq köhnə yanaşmalarla izah oluna bilmir və yeni modelə doğru keçir: “Gələcək haqqında çox danışılır, amma əslində biz yeni bir iqtisadi dövrün içindəyik. Bu dövrün qaydaları əvvəlkilərdən fərqlidir”. Onun sözlərinə görə, qlobal dəyişimin əsas istiqamətlərini üç amil müəyyən edir: dövlətin iqtisadi proseslərdə daha aktiv iştirakı, texnologiyanın sürətlənməsi və yeni iqtisadi coğrafiyaların formalaşması.

O bildirib ki, dünya “neoliberalizm sonrası” mərhələsinə doğru irəliləyir:

“Artıq şirkətlər və dövlətlər daha açıq şəkildə birgə işləyir. Əvvəlki sərbəst bazar yanaşması isə yeni reallıqlarla uyğunlaşmaqda çətinlik çəkir”.

Akan Abdula vurğulayıb ki, Çin modeli qlobal iqtisadi rəqabətdə dövlətin strateji rolunu daha da gücləndirib: “Çin yanaşmasında dövlət seçir, istiqamət verir və müəyyən sektorları birbaşa dəstəkləyir. Bu model bəzi sahələrdə güclü nəticələr ortaya çıxarıb”.

Onun fikrincə, texnologiyanın sürətlənməsi biznes mühitində dəyər anlayışını da dəyişdirir:

“Bu gün şirkətlərin dəyəri təkcə maliyyə göstəriciləri ilə ölçülmür. Əsas məsələ gözlənti yaratmaq və gələcəyə dair inam formalaşdırmaqdır”.

Akan Abdula əlavə edib ki, innovasiya və inkişaf üçün iqtisadi sistemlərdə yeni tarazlıqlar formalaşır və şirkətlər bu dəyişikliklərə uyğunlaşmaq məcburiyyətindədir.

 Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellekt təlimində istifadə olunan 21 milyon mahnıdan ibarət baza açıqlandı

23.06.2026

Müasir dünyanın rəqəmsal onurğa sütunu: Fiber optik kabellər necə işləyir?

23.06.2026

Müddətli əmanətlər üzrə ən aşağı faizli regionlar

23.06.2026

"Instagram" olmayanda onlar var idi: Sosial medianın unudulmuş "kralları"

23.06.2026

"SpaceX" süni intellekt startapı ilə 6,3 milyard dollarlıq müqavilə bağladı

23.06.2026

Dünyanın milyarder xəritəsi: Varlılar hansı şəhərlərdə yaşayır?

23.06.2026

Prezident onları təltif etdi - Siyahı

23.06.2026

“Groq” startapı 650 milyon dollar investisiya aldı

23.06.2026

12 il "Dünya Bankı"nda işləyən azərbaycanlıya Maliyyə Nazirliyində yüksək vəzifə verildi

23.06.2026

Startapınızı pulsuz tanıtmaq üçün 15 platforma

23.06.2026

Mərkəzi Bank “Global İnnovations” və “United Payment”də pozuntular aşkarlayıb

23.06.2026

Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş ®

23.06.2026

İpoteka və Kredit Zəmanət Fondu yeni tender elan etdi

23.06.2026

Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır

23.06.2026

“Banco Santander” süni intellekt agentləri üçün ödəniş sistemi qurdu

23.06.2026

Rəhbərinizin sizi manipulyasiya etdiyini göstərən 10 əsas əlamət

23.06.2026

"Apple"ın 2026-2027-ci illərdə təqdim edəcəyi 20 yeni cihaz - TAM SİYAHI

23.06.2026

Z nəsli karyeraya daha üstün başlayır: Gəlirlərdə gözlənilməz fərq

23.06.2026
"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir" 

"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir" 

23.06.2026

Sabah Bakıda və rayonlarda yağış yağacaq

23.06.2026

Məzənnə

Yüklənir...