"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir" 

Redaktor

23.06.2026 13:00
97

"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir" 

Qlobal iqtisadiyyat və geosiyasətdə baş verən sürətli dəyişikliklər dünya nizamını köklü şəkildə yenidən formalaşdırır.

Valyuta.az xəbər verir ki, bunu Qlobal Siyasət Forumunun akademik koordinatoru, Özyeğin Universitetinin beynəlxalq münasibətlər üzrə mühazirəçisi Evren Balta Bakıda keçirilən Biznes Liderləri Zirvəsində çıxışı zamanı deyib.

O bildirib ki, dünya artıq klassik böhran anlayışından çıxaraq sistematik və struktur transformasiya dövrünə daxil olub:

“Biz artıq yalnız böhranların idarə edildiyi bir dövrdə deyil, bütün sistemin yenidən yazıldığı bir mərhələdəyik. Əsas problem qeyri-müəyyənlikdir. İqtisadi və siyasi qərarlar getdikcə daha çox fərziyyələr üzərində qurulur”.

Evren Balta qeyd edib ki, bu gün qlobal iqtisadiyyat əvvəlki dövrlərlə müqayisədə daha həssas və şoklara açıqdır:

“Kiçik şoklar belə artıq lokal deyil, qlobal təsir yaradır. Enerji qiymətlərindən tutmuş ərzaq bazarına qədər hər şey bir-birinə daha sıx bağlıdır".

Onun sözlərinə görə, dəyişikliklər bir neçə əsas istiqaməti əhatə edir: iqtisadi struktur, enerji keçidi, texnoloji transformasiya və demoqrafik balans.

Balta xüsusilə “Çin şoku”na diqqət çəkərək bildirib ki, qlobal istehsal strukturunda ciddi dəyişiklik baş verib: “Çin dünya istehsalının təxminən 35 faizini həyata keçirir. Bu, qlobal sənayesizləşmə və ticarət balansının yenidən formalaşması deməkdir”. O əlavə edib ki, enerji və texnologiya sahəsindəki transformasiya ölkələr arasında yeni rəqabət və gərginlik yaradır:

“Enerji keçidi və texnoloji dəyişikliklər qaliblər və uduzanlar formalaşdırır. Çin bu prosesdə ucuz enerji və istehsal gücü ilə önə çıxır, ABŞ və digər iqtisadiyyatlarla rəqabət aparır”.

Demoqrafik dəyişikliklərə toxunan Balta Afrikanın gələcək rolunu xüsusi vurğulayıb:

“2050-ci illərə doğru Afrika dünya gənc əhalisinin əsas mərkəzinə çevriləcək, Qərb isə yaşlanan əhali problemi ilə üzləşəcək. Bu isə miqrasiya və əmək bazarında böyük balanssızlıq yaradacaq”.

O həmçinin qeyd edib ki, qlobal güc balansında ABŞ-a olan etimad da zəifləyir:

“Son illərdə, xüsusilə son dövrdə ABŞ-ın dünya nizamını təmin etməsinə olan inam ciddi şəkildə azalıb”.

Ekspertin sözlərinə görə, müasir dövrdə coğrafiyanın əhəmiyyəti dəyişib:

“Ənənəvi olaraq coğrafiya taledir deyilirdi. Amma indi belə bir reallıq var: münasibətiniz dəyişərsə, taleyiniz də dəyişər. Coğrafiya artıq sabit deyil, strateji davranışla dəyişə bilən bir faktora çevrilib”.

 Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellekt təlimində istifadə olunan 21 milyon mahnıdan ibarət baza açıqlandı

23.06.2026

Müasir dünyanın rəqəmsal onurğa sütunu: Fiber optik kabellər necə işləyir?

23.06.2026

Müddətli əmanətlər üzrə ən aşağı faizli regionlar

23.06.2026

"Instagram" olmayanda onlar var idi: Sosial medianın unudulmuş "kralları"

23.06.2026

"SpaceX" süni intellekt startapı ilə 6,3 milyard dollarlıq müqavilə bağladı

23.06.2026

Dünyanın milyarder xəritəsi: Varlılar hansı şəhərlərdə yaşayır?

23.06.2026

Prezident onları təltif etdi - Siyahı

23.06.2026

“Groq” startapı 650 milyon dollar investisiya aldı

23.06.2026

12 il "Dünya Bankı"nda işləyən azərbaycanlıya Maliyyə Nazirliyində yüksək vəzifə verildi

23.06.2026

Startapınızı pulsuz tanıtmaq üçün 15 platforma

23.06.2026

Mərkəzi Bank “Global İnnovations” və “United Payment”də pozuntular aşkarlayıb

23.06.2026

Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş ®

23.06.2026

İpoteka və Kredit Zəmanət Fondu yeni tender elan etdi

23.06.2026

Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır

23.06.2026

“Banco Santander” süni intellekt agentləri üçün ödəniş sistemi qurdu

23.06.2026

Rəhbərinizin sizi manipulyasiya etdiyini göstərən 10 əsas əlamət

23.06.2026

"Apple"ın 2026-2027-ci illərdə təqdim edəcəyi 20 yeni cihaz - TAM SİYAHI

23.06.2026

Z nəsli karyeraya daha üstün başlayır: Gəlirlərdə gözlənilməz fərq

23.06.2026
"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir" 

"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir" 

23.06.2026

Sabah Bakıda və rayonlarda yağış yağacaq

23.06.2026

Məzənnə

Yüklənir...