Redaktor
Ən çox biznes krediti verən 10 bank - CƏDVƏL
2026-cı ilin birinci rübündə Azərbaycanda biznes kreditləri üzrə ən böyük portfelə malik bank ABB olub. Bankın biznes kreditlərinin həcmi 3 milyard 526 milyon 784 min 340 manat təşkil edib.
Valyuta.az xəbər verir ki, hesabat dövründə bank sektorunda biznes kreditləri üzrə aktivlik əsasən iri bankların üstünlüyü ilə müşahidə olunub. Xüsusilə korporativ müştərilərlə işləyən banklar bazarın əsas hissəsini nəzarətdə saxlayır.
Siyahıda ikinci yerdə 3 milyard 15 milyon 73 min manatla PAŞA Bank, üçüncü yerdə isə 1 milyard 732 milyon 254 min manatla Kapital Bank qərarlaşıb. İlk üçlük bazarın əhəmiyyətli hissəsini formalaşdırır ki, bu da kredit portfellərinin konsentrasiyasının yüksək olduğunu göstərir.
Dördüncü yerdə 1 milyard 87 milyon manatdan çox göstərici ilə Bank Respublika, beşinci pillədə isə 1 milyard manata yaxın kredit portfeli ilə AccessBank yer alıb. Bu banklar da orta və iri biznesin maliyyələşdirilməsində aktiv iştirak edir.
Siyahının növbəti pillələrində isə daha çox kiçik və orta biznes seqmentinə fokuslanan banklar qərarlaşıb. Belə ki, Yelo Bank 671 milyon manat, Unibank 622 milyon manat, Rabitəbank 417 milyon manat həcmində biznes krediti verib.
Siyahını Premium Bank - 363 milyon manat və TuranBank 352 milyon manatla tamamlayır.
Ümumilikdə, təqdim olunan rəqəmlər göstərir ki, 2026-cı ilin ilk rübündə biznes kredit bazarında əsas pay bir neçə iri bankın əlində cəmləşib.
2026-cı ilin ilk üç ayında ən çox biznes krediti verən 10 bank cədvəldəki kimi olub:
| Banklar | Biznes kreditləri |
|---|---|
| 2026, I rüb | |
| ABB | 3.526.784.340 |
| PAŞA Bank | 3.015.073.000 |
| Kapital Bank | 1.732.254.000 |
| Bank Respublika | 1.087.103.430 |
| AccessBank | 1.019.514.000 |
| Yelo Bank | 671.637.540 |
| Unibank | 622.506.000 |
| Rabitəbank | 417.583.000 |
| Premium Bank | 363.961.000 |
| TuranBank | 352.802.000 |
| 20.04.2026 |
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBirbank və Visa ilə “FIFA Dünya Çempionatı 2026”nın final oyununda iştirak şansı qazanın ®
21.04.2026Azərbaycanda 2 bankda əhalinin əmanətləri azalıb
21.04.2026E-saglam.az 5 yaşında
21.04.2026AYNA: Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırılır
21.04.2026Kiloqramı 28 manat: Azərbaycanın ən bahalı mavi pendir idxalı bu ölkədəndir
21.04.2026Adi mətbəx süngəri ilə başlayan startap milyonluq biznesə çevrildi
21.04.2026Şuşada 29 milyon manata 7 yeni yaşayış binası tikiləcək
21.04.2026Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb - YENİLƏNİB
21.04.2026
“Paşa Bank”da təhlükəli kreditlər 4 dəfəyə yaxın artıb
21.04.2026Sabah 22 dərəcə isti olacaq
21.04.2026Fransa sərt büdcə qənaətinə keçir
21.04.2026Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"
21.04.2026Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
21.04.202628 May ətrafında tramvay şəbəkəsi yaradılır
21.04.2026Bakı metrosunda ən gəlirli və ən sıx 5 stansiya açıqlanıb
21.04.2026Azərbaycanda qızıl istehsalı azalıb
21.04.2026