Redaktor
Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"
Azərbaycanda büdcə qanunvericiliyi, dövlət satınalmaları və dövlət investisiyaları sahəsində pozuntuların nisbəti ciddi dəyişməyib.
Valyuta.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, 2025-ci ilin iş planına uyğun olaraq 5 analitik fəaliyyət həyata keçirilib, həmçinin səmərəlilik, maliyyə və uyğunluq auditləri çərçivəsində ümumilikdə 43 audit aparılıb:
"Bu auditlərin 6-da informasiya sistemlərinin auditinin bəzi elementlərindən istifadə olunub. Hesabat dövründə 3 audit isə məxfi rejimdə keçirilib. Nəzarət tədbirləri zamanı aşkarlanmış nöqsanların təsnifatı hesabatda ətraflı əksini tapıb və bu təsnifləşmə uyğunluq, maliyyə və səmərəlilik aspektləri üzrə aparılıb. Təhlillər göstərir ki, say ifadəsində büdcə qanunvericiliyi, dövlət satınalmaları və dövlət investisiyaları sahələrində pozuntuların nisbəti ciddi dəyişməyib".
V. Gülməmmədov əlavə edib ki, ötən il büdcə vəsaitlərinin idarə olunması sahəsində 36 nəzarət tədbiri üzrə nöqsanlar aşkarlanıb:
"Ən yüksək paya malik olan nöqsanlar büdcə qanunvericiliyi ilə bağlıdır. Bu çərçivədə qurumlar tərəfindən proqnozlaşdırma və icra prosesinə lazımi diqqətin yetirilməməsi, maliyyə və fiskal intizamın tam təmin olunmaması kimi hallar üstünlük təşkil edir. Nəticədə bəzi qurumlarda aşağı icra səviyyəsi, nəticə əsaslı dövlət sifarişi mexanizmlərinin formalaşdırılmaması, vəsaitlərin təyinatı üzrə istifadə edilmədən digər hesablara yönəldilməsi, eləcə də dövlət sifarişi şərtlərindən kənar xərclər müşahidə olunub".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKiloqramı 28 manat: Azərbaycanın ən bahalı mavi pendir idxalı bu ölkədəndir
21.04.2026Adi mətbəx süngəri ilə başlayan startup milyonluq biznesə çevrildi
21.04.2026Şuşada 29 milyon manata 7 yeni yaşayış binası tikiləcək
21.04.2026Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb - YENİLƏNİB
21.04.2026
“Paşa Bank”da təhlükəli kreditlər 4 dəfəyə yaxın artıb
21.04.2026Sabah 22 dərəcə isti olacaq
21.04.2026Fransa sərt büdcə qənaətinə keçir
21.04.2026Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"
21.04.2026Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
21.04.202628 May ətrafında tramvay şəbəkəsi yaradılır
21.04.2026Bakı metrosunda ən gəlirli və ən sıx 5 stansiya açıqlanıb
21.04.2026Azərbaycanda qızıl istehsalı azalıb
21.04.2026
"Bank Respublika"nın hansı rayonda vaxtı keçmiş kreditləri çoxdur? - CƏDVƏL
21.04.202617 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
21.04.2026“Kapital Bank”ın verdiyi bu kreditlərin məbləği 934 milyon manatdan çox artıb
21.04.2026Azərbaycan neftinin qiyməti 110 dolları keçib
21.04.2026"Apple"ın baş icraçı direktoru Tim Kuk istefa verdiyini açıqlayıb: şirkətə kim rəhbərlik edəcək?
21.04.2026
İki mərtəbəli ev tikmək üçün icazə alınmalıdır?
21.04.2026