Ən populyar 4 parol meneceri haqqında qorxuducu hesabat

Redaktor

20.02.2026 13:20
66

Ən populyar 4 parol meneceri haqqında qorxuducu hesabat

İsveçrəli tədqiqatçıların apardığı son araşdırma rəqəmsal dünyada “təhlükəsiz liman” saydığımız parol menecerlərinə dair təsəvvürümüzü dəyişdirəcək səviyyədədir. 

Valyuta.az xəbər verir ki, "ETH Zürich" və "Universita della Svizzera Italiana" (USI) mütəxəssisləri "Bitwarden", "LastPass", "Dashlane" və "1Password" kimi milyonlarla insanın etibar etdiyi dörd böyük tətbiqdə ümumilikdə 27 müxtəlif təhlükəsizlik boşluğu aşkarlayıb.

Bu nəticələr göstərir ki, ən güclü rəqəmsal kassalar belə doğru açarı axtaran hücumçular qarşısında zəif qala bilər. Ekspertlər müəyyən edilmiş zəif nöqtələri dörd əsas qrupda təqdim edirlər. Siyahının başında “hesab bərpa” prosesləri durur. Bir çox istifadəçi əsas parolunu unutma ehtimalına qarşı bu ehtiyat sisteminə güvənir, lakin tədqiqatçılar bəzi hallarda bu prosesə xaricdən müdaxilə edilə bildiyini müəyyən edib.

Digər kritik məsələ isə şifrələmə metodlarında ortaya çıxır. Məlumatların bütöv yerinə hissələrə bölünərək şifrələnməsi, hücumçuların kasadakı xüsusi sahələri müəyyən etməsinə və istifadəçi adı ilə parolların sızmasına zəmin yaradır.

Araşdırmanın ən diqqətçəkici hissələrindən biri “paylaşım funksiyaları”dır. Məsələn, bir dostunuzla Wi-Fi şifrəsini paylaşmaq kimi sadə əməliyyat, autentifikasiya addımları kifayət etmədikdə təhlükəli ssenarilərə çevrilə bilər. Testlər zamanı hücumçunun saxta bir qrup yaradaraq, əlavə etdiyi qurbanın kasasına icazəsiz giriş əldə edə bildiyi və ya zərərli məzmun yerləşdirə bildiyi müşahidə olunub. Bundan əlavə, tətbiqlərin köhnə versiyalarla uyğunluq saxlama səyi, sistemləri zəiflədir və köhnə şifrələmə üsullarının istifadəsinə səbəb olur ki, bu da təhlükəsizlik səddini daha sarsaq vəziyyətə gətirir.

Araşdırma narahatlıq yaratsa da, nəticələr müsbət prosesə təkan verib. Ekspertlər tapıntıları ictimaiyyətlə paylaşmadan əvvəl müvafiq şirkətlərlə əlaqəyə girərək 90 günlük düzəliş müddəti verib. Şirkətlərin çoxu bildirilen boşluqları bağlamaq üçün yeniləmələr yayımlayıb. “Bitwarden” bütün problemlərin həll olunduğunu açıqlayıb, “1Password” isə vəziyyətin arxitektura ilə bağlı olduğunu və sənədlərində yer aldığını bildirib.

Bugünə qədər bu boşluqların pis niyyətli şəxslər tərəfindən istifadə edildiyinə dair sübut olmasa da, istifadəçilərə tətbiqlərini ən son versiyaya yüksəltmələri tövsiyə olunur.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...