Redaktor
Fərid Osmanov: "Azərbaycanda startapların maliyyəyə əlçatanlığında çətinliklər var"
Azərbaycanda startapların maliyyə vəsaitlərinə əlçatanlığı istiqamətdə kifayət qədər çətinliklər mövcuddur.
Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov qurumun ötənilki fəaliyyətinin nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, xüsusilə də erkən mərhələdə olan startapların maliyyə vəsaitlərinə əlçatanlığını artırılmasında təşviq mexanizmlər daha güclü olmalıdır: "Hesabat dövründə agentliyin birbaşa və dolayı vasitəsilə iştirak etdiyi üç vençur fond formalaşdırılıb. Həm fondlar, həmçinin beynəlxalq vençur fondlar vasitəsilə qeyd olunduğu qədər startaplara ilkin maliyyə vəsaiti ayrılıb. Lakin bu vəsaitin həcmi bizi qane etmir və bu istiqamətdə işlər aparırıq. Həm beynəlxalq vençur fondlarla əməkdaşlıq edirik ki, onların ölkəmizə gəlməsi istiqamətindəki fəaliyyətin dəstəklənməsi, eyni zamanda ölkəmizdə daha çox startapçıların formalaşması, yeni fikir və ideyaların, onların yaratdığı startapların cəlbediciliyinin artırılması istiqamətində işlər aparılır".
Onun sözlərinə görə, burada əsas problemi daha çox qanunvericiliklə bağlıdır: "Əsas məsələ məhz qanunvericiliyinin formalaşdırılmasıdır. Düşünürük ki, bu il ərzində, ilin qısa bir dövrü ərzində müvafiq sahədə qanunvericiliyin qəbul olması istiqamətində addımlarımızı uğurlu ata biləcəyik və bundan sonra bu rəqəmlər kifayət qədər sürətlə yüksələcək".
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026