Redaktor
Fevralda investorlar ABŞ yerinə Avropaya rekord vəsait yatıracaq
Fevral ayında investorlar Avropa fond bazarlarına rekord həcmdə vəsait yatıracaqlar.
Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" EPFR statistikasına istinadən yazıb.
Bu nəticə fevralın ardıcıl iki rekord həftəsi əsasında çıxarılıb: həmin həftələrdə investorlar Avropa şirkətlərinin səhmlərinə təxminən 10 milyard avro yönəldiblər.
Ən yüksək investor fəallığı Böyük Britaniya, Fransa və İspaniya fond bazarlarında müşahidə olunur. Analitiklərin fikrincə, investorlar investisiyalarını diversifikasiya etmək istəyirlər, ABŞ bazarından, xüsusən də texnologiya sektorundakı səhmlərdən vəsait çıxarırlar; bu sektor bu il süni intellekt balonu ilə bağlı qorxular səbəbindən zərər görüb.
"Çoxlu beynəlxalq investorlar portfellərini diversifikasiya etmək və artıq kifayət qədər bahalı olan ABŞ bazarından çəkinmək istəyirlər. Avropa səhmlər bazarı fərqli bir struktur təqdim edir. Orada texnologiya şirkətləri daha azdır", dəyə FT "Goldman Sachs" investisiya bankının aparıcı səhmlər strategisti Şeron Bell-ə istinadən yazır.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026