Redaktor
Gəldiyi ölkədə bazar boşluğunu gördü, nəhəng brend yaratdı - SƏHƏR OXUSU
Bəzən bir məhsul sadəcə məhsul olmur. O, bir xalqın xatirəsinə, uşaqlığına, mədəniyyətinə çevrilir. Rusiyada “Alyonka” şokoladı məhz belə simvollardan biridir. Bu gün milyonlarla insanın tanıdığı həmin məşhur şokoladın hekayəsi isə gözlənilmədən Almaniyadan başlayır.
Valyuta.az xəbər verir ki, XIX əsrdə gənc alman sahibkar Ferdinand Teodor fon Eynem böyük arzularla Rusiyaya gəlir. O zamanlar yüksək keyfiyyətli şokolad əsasən Avropadan idxal olunurdu və bu bazarda boşluq vardı. Eynem bunu fürsətə çevirərək 1849-cu ildə Moskvada ilk fabrikini açır. Beləcə, sonradan nəhəng brendə çevriləcək biznesin təməli qoyulur.

Sadəcə şokolad satmadı, təcrübə satdı
Bir çox sahibkar məhsul istehsal edir, amma hər kəs marka yarada bilmir. Eynemin fərqi də burada idi. O, şokoladı yalnız dadlı etməklə kifayətlənmirdi. Məhsulun necə təqdim olunduğunu da düşünürdü.
Mağazalarda xüsusi musiqilər səslənirdi. Qutular məxmər, ipək, dəri ilə bəzədilirdi. Dövrün məşhur rəssamları qablaşdırma dizaynına cəlb olunurdu. Müştəri sadəcə şokolad almırdı - özünü xüsusi hiss edirdi. Bu isə müasir marketinq anlayışının çox erkən nümunələrindən biri idi.

İşçilərə münasibət də uğurun sirri idi
Tarix göstərir ki, güclü şirkətlər yalnız satışla qurulmur. İnsan faktorunu önə çəkən bizneslər daha uzunömürlü olur.
Eynem zavodunda iş saatlarını azaltdı, işçilər üçün yataqxana və yeməkxana yaratdı, maaşları sektor üzrə yüksək səviyyəyə qaldırdı. Uzun müddət çalışanlara pensiya və mükafat verilməsi isə o dövr üçün nadir hadisə idi. Bu yanaşma şirkətin daxildən güclənməsinə səbəb oldu.
1917-ci il inqilabından sonra zavod milliləşdirildi və adı dəyişdirilərək “Krasnıy Oktyabr” oldu.

Bəs “Alyonka” necə yarandı?
1965-ci ildə zavod rəssamlarından biri öz qızının görüntüsünü qablaşdırmada istifadə etdi. Başına yaylıq bağlamış balaca qız obrazı qısa zamanda ölkənin ən tanınmış simalarından birinə çevrildi.
Bu gün “Alyonka” sadəcə şokolad deyil. O, nostalji, xatirə və emosional bağdır. Brendlərin ən güclü tərəfi də məhz budur: insanın yaddaşında yer almaq.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərŞuşada 29 milyon manata 7 yeni yaşayış binası tikiləcək
21.04.2026
Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb - YENİLƏNİB
21.04.2026“Paşa Bank”da problemli kreditlər 4 dəfəyə yaxın artıb
21.04.2026Sabah 22 dərəcə isti olacaq
21.04.2026Fransa sərt büdcə qənaətinə keçir
21.04.2026Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"
21.04.2026Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
21.04.202628 May ətrafında tramvay şəbəkəsi yaradılır
21.04.2026Bakı metrosunda ən gəlirli və ən sıx 5 stansiya açıqlanıb
21.04.2026Azərbaycanda qızıl istehsalı azalıb
21.04.2026
"Bank Respublika"nın hansı rayonda vaxtı keçmiş kreditləri çoxdur? - CƏDVƏL
21.04.202617 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
21.04.2026“Kapital Bank”ın verdiyi bu kreditlərin məbləği 934 milyon manatdan çox artıb
21.04.2026Azərbaycan neftinin qiyməti 110 dolları keçib
21.04.2026"Apple"ın baş icraçı direktoru Tim Kuk istefa verdiyini açıqlayıb: şirkətə kim rəhbərlik edəcək?
21.04.2026
İki mərtəbəli ev tikmək üçün icazə alınmalıdır?
21.04.2026
Həyat yoldaşı ilə ortaq biznes qurdu, “İlin iş adam”ı seçildilər - MÜSAHİBƏ
21.04.2026Bakıda metronun altından avtomobil yolu keçəcək
21.04.2026Avro və rubl bahalaşır
21.04.2026