Redaktor
İki mərtəbəli ev tikmək üçün icazə alınmalıdır?
Yaşayacağı fərdi yaşayış evi tikmək bir çox insanın qarşısına çıxan ən vacib məsələlərdən biridir. Lakin bu proses yalnız tikinti materialı seçmək və maliyyə planlaması ilə yekunlaşmır. Ev inşa etmək üçün müəyyən hüquqi prosedurlar, sənədləşmə qaydaları və tikinti normaları da mövcuddur. Xüsusilə iki mərtəbəli yaşayış evi tikmək istəyən şəxsləri maraqlandıran əsas suallardan biri budur: belə ev tikmək üçün icazə lazımdırmı?
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, qanunvericiliyə əsasən, vətəndaş hər hansı torpaq sahəsində fərdi yaşayış evi tikmək istəyirsə, ilk növbədə həmin torpaq sahəsinin çıxarışı olmalı, çıxarış sənədində torpağın təyinatı yaşayış məntəqələri torpaqları kimi göstərilməlidir.
Ekspertin sözlərinə görə, bundan sonra növbəti mərhələ tikiləcək evin layihəsinin hazırlanmasıdır: "Layihə mütləq lisenziyalı memarlıq şirkəti tərəfindən çəkilməlidir. Hazırlanan layihə torpaq sahəsinin ölçüsünə və mövcud tikinti normalarına uyğun tərtib edilir. Daha sonra sənədlər “bir pəncərə” sistemi üzərindən aidiyyəti dövlət qurumlarına təqdim olunur".

E.Fərzəliyev qeyd edib ki, müraciətdən sonra 15 iş günü ərzində tikintiyə dair hər hansı imtina təqdim olunmazsa, vətəndaş layihəyə uyğun şəkildə evin inşasına başlaya bilər: "Əgər imtina verilərsə, göstərilən səbəblər aradan qaldırıldıqdan sonra yenidən müraciət etmək mümkündür".
Ekspert vurğulayıb ki, fərdi yaşayış evləri üzrə mərtəbə sayı ilə bağlı məhdudiyyət sərt deyil: "Vətəndaş torpaq sahəsində 2 və hətta 3 mərtəbəli ev də tikə bilər. Əsas şərt odur ki, tikilinin hündürlüyü yerdən dam örtüyünə qədər 12 metri keçməsin. 12 metrdən hündür olan bütün tikililərlə bağlı isə Fövqəladə Hallar Nazirliyindən rəy verilməlidir".
"Torpaq sahəsindən istifadə qaydalarına da diqqət yetirilməlidir. Qanunvericiliyə görə, fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsinin yalnız 40 faizində tikinti aparmaq olar. Yəni, 100 kvadratmetr torpaq sahəsinin təxminən 40 kvadratmetr hissəsində tikinti işləri aparıla bilər. Sahə böyüdükcə də bu norma dəyişmir və tikinti yalnız torpağın müəyyən olunmuş hissəsində həyata keçirilə bilər. Qalan hissə isə qonşularla ara məsafəsinin qorunması, həyət sahəsi və digər normativ tələblər üçün saxlanılır", - deyə əmlak eksperti əlavə edib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərŞuşada 29 milyon manata 7 yeni yaşayış binası tikiləcək
21.04.2026
Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb - YENİLƏNİB
21.04.2026“Paşa Bank”da təhlükəli kreditlər 4 dəfəyə yaxın artıb
21.04.2026Sabah 22 dərəcə isti olacaq
21.04.2026Fransa sərt büdcə qənaətinə keçir
21.04.2026Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"
21.04.2026Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
21.04.202628 May ətrafında tramvay şəbəkəsi yaradılır
21.04.2026Bakı metrosunda ən gəlirli və ən sıx 5 stansiya açıqlanıb
21.04.2026Azərbaycanda qızıl istehsalı azalıb
21.04.2026
"Bank Respublika"nın hansı rayonda vaxtı keçmiş kreditləri çoxdur? - CƏDVƏL
21.04.202617 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
21.04.2026“Kapital Bank”ın verdiyi bu kreditlərin məbləği 934 milyon manatdan çox artıb
21.04.2026Azərbaycan neftinin qiyməti 110 dolları keçib
21.04.2026"Apple"ın baş icraçı direktoru Tim Kuk istefa verdiyini açıqlayıb: şirkətə kim rəhbərlik edəcək?
21.04.2026
İki mərtəbəli ev tikmək üçün icazə alınmalıdır?
21.04.2026
Həyat yoldaşı ilə ortaq biznes qurdu, “İlin iş adam”ı seçildilər - MÜSAHİBƏ
21.04.2026Bakıda metronun altından avtomobil yolu keçəcək
21.04.2026Avro və rubl bahalaşır
21.04.2026