Redaktor
Gələn il smartfon bazarı 30 faiz böyüyə bilər
Gözlənilən "iPhone Fold"un çıxışı 2026-cı ildə qatlanan smartfon bazarında əhəmiyyətli artıma səbəb ola bilər. Tədqiqat şirkəti IDC-nin proqnozuna görə, "Apple"ın yeni cihazının debütü bazar seqmentinin həcmini 30% artırmağa qadirdir.
Valyuta.az xəbər verir ki, bu barədə "GSMArena" yazıb.
Analitiklər hesab edirlər ki, "Apple" satışın ilk ilində dünya qatlanan smartfon bazarının 22%-dən çoxunu ədəd üzrə ələ keçirə bilər. Pul ifadəsində isə şirkətin payı təxminən 34% olacaq, çünki cihazın qiymətinin yüksək – təxminən 2400 ABŞ dolları – olacağı gözlənilir.
"Apple"dan başqa, istehlakçı marağının artmasına digər əsas oyunçuların yenilikləri də təsir edəcək, o cümlədən "Samsung"un üç qatlanan "Galaxy Z TriFold" və "Huawei". Ümumilikdə, IDC qeyd edir ki, 2026-cı ildə qatlanan cihazlar bazarı ümumi smartfon bazasından daha sürətlə böyüyəcək və 2029-cu ilə qədər onun ümumi dəyərinin 10%-dən çoxunu təşkil edəcək.
Məlumata görə, "iPhone Fold" xarici 5,8 düymlük ekran, daxili 7,58 düymlük çevik displey və "iPhone 17 Pro Max"ın batareyasından daha yüksək tutumlu enerji elementi ilə təchiz olunacaq.
Paşa Məmmədli